“Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı ənənəvi II Beynəlxalq Konfransın materialları – Bakı-UNEC, vol.4, pp.280-283, 2022 (Conference Book)
In modern times, digital technologies and innovative business models, influencing the very essence of the economy, form new qualitative structural changes in the economy and penetrate all spheres of the economic life of society. Many researchers rightly associate the medium-term development trends of society and the economy with their digitalization. Thanks to digitalization and other technological changes, humanity has entered a new stage of global changes.
Today, the digital economy is perceived by many as a panacea, and its rapid development as a way to solve almost all existing problems. This is reflected in the growing interest in the “digital” issues in socio-economic and humanitarian research, as well as in public discourse, including in the opinions of influential politicians and government documents. However, it is necessary to understand that there is no “cure for all diseases”. The digital economy cannot be a panacea in Azerbaijan and the world as a whole. In our opinion, its development should be considered in the context of other transformations experienced by modern society and the economy, in close connection with them. To do this, it is necessary to study in detail its system properties, as well as the possibilities of practical use of its tools in agricultural practice.
Müasir dövrdə rəqəmsal texnologiyalar, innovasiya biznes modelləri iqtisadiyyatın mahiyyətinin özünə təsir göstərərək, iqtisadiyyatda yeni keyfiyyət struktur dəyişiklikləri formlaşdıraraq cəmiyyətin təsərrüfat həyatının bütün sahələrinə daxil olur. Bir çox tədqiqatçılar cəmiyyətin və iqtisadiyyatın orta müddətli inkişaf trendlərini haqlı olaraq onların rəqəmsallaşdırılması ilə əlaqələndirirlər. Rəqəmsallaş-dırma və digər texnoloji dəyişikliklər sayəsində bəşəriyyət qlobal dəyişikliklərin yeni mərhələsinə daxil olmuşdur.
Rəqəmsal iqtisadiyyat bu gün bir çoxları tərəfindən panaseya kimi, onun sürətli inkişafı isə az qala bütün mövcud problemlərin həlli üsulu kimi qəbul edilir. Bu sosial-iqtisadi və humanitar tədqiqatlarda “rəqəmsal” problematikaya artan maraqda da, ictimai diskursda da, o cümlədən, nüfuzlu siyasətçilərin mülahizələrində və dövlət idarəetmə snədlərində də öz əksini tapır. Lakin başa düşmək lazımdır ki, “bütün xəstəliklərdən dərman” mövcud deyil. Rəqəmsal iqtisadiyyat da Azərbaycanda və bütünlükdə dünyada panaseya ola bilməz. Fikrimizcə, onun inkişafını müasir cəmiyyətin və iqtisadiyyatın hiss etdiyi digər transformasiyalar kontekstində, onlarla sıx bağlılıqda nəzərdən keçirmək lazımdır. Bunun üçün isə onun sistem xassələrini, həmçinin, onun alətlərinin təsərrüfat təcrübəsində praktik istifadəsi imkanlarını ətraflı öyrənmək lazımdır.