MÜASİR DÖVRÜN TRENDLƏRİ: “YAŞIL İQTİSADİYYAT VƏ DAYANIQLI İNKİŞAF”. İQTİSADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN I BEYNƏLXALQ KONFRANSI KONFRANS MATERİALLARI. II Hissə, vol.4, pp.144-147, 2024 (Conference Book)
Məqalə, xüsusilə bərpa olunan enerji, tullantıların təkrar emalı, kənd təsərrüfatında yaşıl texnologiyalar, ekoloji tarazlıq və eko-turizm sahələrindəki inkişafı təhlil edir. Məqsəd, yaşıl iqtisadiyatın təşviqinin ölkə iqtisadiyyatına necə müsbət təsir etdiyini və sosial rifahı necə artırdığını nümayiş etdirməkdir. Məqalədə istifadə olunan tədqiqat metodu statistik göstəricilər və analitik təhlildir. Azərbaycanda yaşıl iqtisadiyyat sahəsindəki inkişafı izləyən rəsmi məlumatlardan (Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dünya Bankı və digər təşkilatlar) faydalanılmışdır. Bu göstəricilərdən bərpa olunan enerji, tullantıların emalı, yeni iş yerləri və eko- turizmdən əldə olunan gəlirlər kimi faktorlar təhlil edilmişdir. Cədvəl və qrafiklər vasitəsilə yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı verilən məlumatlar və sosial innovasiyaların təsiri ölçülmüşdür. Məqalənin nəticələrinə əsasən, Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı həm ekoloji cəhətdən, həmdə iqtisadi və sosial baxımdan müsbət nəticələrə gətirib çıxarıb. Bərpa olunan enerji sahəsindəki artım,tullantıların təkrar emalı, ekoturizmdən gəlirlər və kənd təsərrüfatında yaşıl texnologiyaların tətbiqi ölkənin iqtisadiyyatının diversifikasiyasını və yeni iş yerlərinin yaradılmasını təmin etmişdir