İxtisasa giriş


Abdullayeva S., Aslanov Z., Zeynalova M., Seydəliyev İ.

Lecture Note, pp.1-21, 2023

  • Nəşrin Növü: Other Publication / Lecture Note
  • Nəşr tarixi: 2023
  • Səhifə sayı: pp.1-21
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

  “İxtisasa giriş” fənni - 4 kreditdir.

“İxtisasa giriş” fənninin tədrisində əsas məqsəd tələbələri mühəndislik və elmin əsasları ilə tanış etmək, sənaye mühəndisliyi sahələrini anlatmaq, bu ixtisasın nəzəri və praktiki məsələləri haqqında zəruri bilikləri öyrətməkdir. Bu fənn Sənaye mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində bacarıqlı, işgüzar və savadlı mütəxəssis kimi mühəndis-kadrların hazırlanması prosesində tədris olunan əsas fənlərdən biridir. Sənaye mühəndisləri müxtəlif sektorlarda sistemlərin səmərəliliyini artırmağa çalışır, insan, məhsul və maşınlardan ibarət olan istehsal proseslərini idarə edir, istehsal va müxtəlif proseslərdə israfçılığı aradan qaldırmaq, məhsuldarlığı artırmaq üçün çalışırlar.

Fənnin tədrisi qarşısında duran vəzifələr aşağıdakılardır:

·         mühəndislik və sənaye mühəndisliyi elminin əsasları ilə tanış olmaq;

·          istehsal sahələrinin təsnifatını bilmək; obyektin necə seçilməsi və planlaşdırılmasını anlamaq; məhsuldarlıq, iş analizi və erqonomika haqqında əsas anlayışları bilmək;

·          bu sahədə tətbiq edilən terminləri anlamaq; keyfiyyət mühəndisliyi, ümumi keyfiyyət və proses menecmentini anlamaq;

·          əməliyyatların tədqiqi, tələb təxmini istehsal sistemlərində zamanla baş verən dəyişimləri öyrənmək;

·         istehsalın, onun resurslarının planlaşdırılmasını anlamaq; stok nəzarəti, tədarük zənciri üsulunu başa düşmək.