Other, pp.1-30, 2024
“Coğrafi ekologiya” kursunun əsas məqsədi – tələbələrdə ekoloji-coğrafi dünya ğörüşü formalaşdırmaq,
fənnin metodoloji əsası və tədris metodikaları ilə tanış etməkdir. Coğrafi
ekologiyanın əsas anlayışlarını, ekoloji qanunauyğunluqlarını,
inkişaf tarixini, təsərrüfat fəaliyyətinin ətraf təbii mühitə zərərli təsirini,
onların təbii komponenetlərdə yayılmasını, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsini,
ətraf mühitə vurulan təsirlərin sosial – iqtisadi və ekoloji-coğrafi aspektlərini,
ekoloji problemlərin, risklərin tənzimlənməsi yollarını, bu sahədə qəbul
olunmuş qanunları və konvensiyaları, beynəlxalq ekoloji əməkdaşlığın əhəmiyyətini,
qlobal, regional və lokal səviyyələrdə ətraf mühitin vəziyyətinə nəzarəti və
bir çox problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.