DAYANIQLI İNKİŞAFIN YENİ KEYFİYYƏT MƏRHƏLƏSİ, vol.5, pp.661-665, 2022 (Conference Book)
Müasir şəraitdə milli iqtisadiyyatın müxtəlif sahələrində balansın formalaşması iqtisadi təhlükəsizliyin təmin olunmasına birbaşa təsir göstərir. Dünya təcrübəsində ölkələrin təbii ehtiyatlarla zənginliyinin milli iqtisadiyyatın inkişafına müsbət təsir göstərdiyini və təbii ehtiyatlarla əlaqəli sahələrin inkişafına səbəb olduğunu görə bilərik. Ölkəmizin beynəlxalq münasibətlər sisteminə sürətli inteqrasiyası, eyni zamanda dinamik iqtisadi inkişafı, yoxsulluğun azaldılması, iqtisadiyyatın şaxələndirilməsi və ixracın təmin edilməsi qeyri-neft sektorunun sürətli inkişafından birbaşa asılıdır. Müasir dövrdə Azərbaycan Respublikasının hər bir iqtisadi rayonunun inkişafı dövlətin regional siyasətinin başlıca şərtlərindən biridir. Davamlı inkişafın təmin edilməsində indiki və gələcək nəsillər üçün iqtisadi artımın keyfiyyətcə yeni tipinin formalaşması ən əsas sahələrdən biridir.