AFPoliqrAF, Baku, 2019
The monograph is the first generalizing study of the customs and beliefs of Azerbaijanis in a new way - along with Azerbaijani Turks, the spiritual culture of the ethnic groups living in Azerbaijan is examined in the context of a single Azerbaijani culture, by involving in the study such ethnic groups as Avars, Sakhurs, Ingiloys, Udis, Tats, Mountain Jews, Lezgins, Talysh, Khinalig, Gryz, and Budug belonging to the Shahdag ethnic group.
Monoqrafiya azərbaycanlıların adət və inanclarının yeni bir səpgidə -Azər-
baycan türkləri ilə birgə avarlar, saxurlar, ingiloylar, udilər, tatlar, dağ yəhudilə-
ri, ləzgilər, talışlar, Şahdağ etnik qrupuna aid edilən xınalıq, qrız, buduq kimi et-
nosların da tədqiqata cəlb olunmaqla Azərbacanda yaşayan etnosların mənəvi mə-
dəniyyətinin vahid Azərbaycan mədəniyyəti kontekstində araşdırıldığı ilk ümumi-
ləşdirici tədqiqatdır. Kitab XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycanlıların
toy, doğum, dəfn-yas adətləri, xalq inancları, qədim adət və inamların mənşəyi,
tarixi köklərinin araşdırılmasına həsr olunmuşdur. Monoqrafiyada azərbaycanlı
adı altında birləşən hər bir etnosun spesifik xüsusiyyətləri və umumazərbaycan
ortaq ənənələri, həmçinin XIX-XX əsrin əvvəllərində Azərbaycanda etnososial du-
rum, bölgələr üzrə tarixi-demoqrafik məlumat, etnosların yayılma arealı, etnoge-
netik əlaqələr, etnomədəni münasibətlər kimi məsələlər geniş şərh edilmişdir.
Əsər Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara kimi böl-
gələrində 2006-2011-ci illər boyu müəllifin apardığı etnoqarfik çöl tədqiqatları,
həmçinin tədqiqata cəlb olunan bölgələr üzrə mövcud tarixi-etnoqrafik mənbələr
əsasında yazılmışdır.
Monoqrafiya tarixçilər, etnoloqlar, filoloqlar, sosioloqlar, həmçinin geniş
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.