Lecture Note, pp.1-21, 2023
“İstehsalın
planlaşdırılması” fənni 050638 - Sənaye mühəndisliyi
ixtisası üzrə bakalavr təhsil pilləsində təhsil alan tələbələr tərəfindən
öyrənilir. Tədris planına görə fənnin ümumi həcmi 45 saatdır, o cümlədən mühazirə dərsləri 30 saat, məşğələ
dərsləri 15 saat təşkil edir. Proqramın məzmunu 45 saatlıq fənnin həcminə uyğundur. Proqramda
verilən mövzuların ardıcıllığı məcburi deyildir. Kafedrada işçi proqram tərtib
edilən zaman o, qismən dəyişdirilə bilər, həmçinin proqrama daxil olan mövzular
dərinləşdirilə və ya ixtisar edilə bilər.
Bu
fənn, ixtisas fənləri siyahısına daxil olmaqla bakalavr pilləsində təhsil alan
tələbələrə istehsalın planlaşdırılması sahəsində zəruri baza biliklərini təqdim
edir. Habelə onlara istehsalın planlaşdırılması problemlərini anlamaq üçün
lazım olan analitik bacarıq və vərdişlər aşılayır. Fənn aşağıdakıları əhatə
edir: istehsal anlayışı, istehsal sistemləri, istehsalı
planlaşdırılmanın ierarxik strukturu, tələbatın proqnozlaşdırılması,
ehtiyatlara nəzarət sistemləri, istehsalın ümumi planlaşdırılması, istehsalın
plan-qrafikləri, materiallara tələbatın planlaşdırılması, istehsal güclərinin
planlaşdırılması, yığma xətlərinin nizamlanması, istehsal prosesində iş
ardıcıllıqlarının müəyyənləşdirilməsi.
Fənnin öyrənilməsində məqsəd: tələbələrə
mühəndislik, idarəetmə, riyazi və statistik bilikləri əsasında istehsalın
planlaşdırılması metodlarını, onları tətbiq qaydalarını öyrətmək, istehsalla əlaqəli
mürəkkəb mühəndis məsələlərini müəyyənləşdirmək, formalaşdırmaq, həll etmək
üçün biliklər təqdim etmək, tələbələrdə müvafiq analiz və modelləşdirmə
metodlarını seçmək, tətbiq etmək bacarıqları aşılamaqdır.