Ailə bizneslərinin məşğulluğa təsirinin təhlili


Creative Commons License

Musayev Y.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş DOKTORANT VƏ GƏNC TƏDQIQATÇILARIN XXVI RESPUBLİKA ELMİ KONFRANSI (NASCO XXVI)., Baku, Azerbaijan, 17 - 18 November 2023, vol.2, pp.384-388, (Full Text)

  • Nəşrin Növü: Conference Paper / Full Text
  • Cild: 2
  • Çap olunduğu şəhər: Baku
  • Ölkə: Azerbaijan
  • Səhifə sayı: pp.384-388
  • Adres: Bəli

Qısa məlumat

Dördüncü sənaye inqilabı və rəqəmsal transformasiyanın təzahürləri dünyanın əksər ölkələrində məşğulluq probleminin həllini daha da aktuallaşdırmışdır. Bu konteksdə, qlobal biznes təsisatlarının böyük hissəsini özündə birləşdirən ailə biznesləri dayanıqlı xarakter daşıması, yerli icmalarla sıx bağlılığı və bir sıra digər xüsusiyyətləri ilə işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verir. Xüsusilə də, aşağı gəlirli ölkələrdə ailə bizneslərinin inkişafı daha çox məşğulluğun təmin edilməsi zərurətindən irəli gəlir.

Bütün bunları nəzərə alaraq, məqalədə ədəbiyyat icmalı, məzmun təhlili, müqayisə və ümumiləşdirmə metodlarından istifadə edilməklə məşğulluğun təmin edilməsinə ailə bizneslərinin təsiri araşdırılmışdır. Tədqiqatın qarşıya qoyduğu vəzifələrə nail olmaq üçün nüfuzlu elmi mənbələrdə dərc olunmuş tədqiqat nəticələrinə, beynəlxalq və yerli təşkilatların məlumatlarına müraciət olunmuşdur.