QLOBAL İQTİSADİYYATDA AİLƏ BİZNESLƏRİ VƏ ONLARIN MALİYYƏLƏŞMƏ MƏNBƏLƏRİ


Creative Commons License

Musayev Y.

Peşə təhsili və insan kapitalı” Elmi-praktiki, metodiki jurnal. Bakı., vol.4, no.4, pp.49-52, 2021 (Peer-Reviewed Journal)

Qısa məlumat

Ailə biznesləri nəsillər üzrə ötürülməsi imkanlarına malik olması ilə fərqləndirilir və stabil biznes xüsusiyyətləri daşıdığına görə iqtisadiyyatın dayanıqlı inkişafına və məşğulluğun təmin edilməsinə müsbət impulslar verir. Bundan əlavə, xərclərə qənaətcil olması və maliyyə böhranları zamanı daxili resursları səfərbər etməklə stresli vəziyyətlərin öftəsindən gəlmək kimi xüsusi məziyyətlərinə görə, ailə biznesləri iqtisadi dalğalanmalara dözümlü olması ilə seçilir. Bu səbəbdən, çağdaş dünya iqtisadiyyatında maliyyə dayanıqlılığı və təhlükəsizliyinin qlobal təhdidlərlə üzləşdiyi bir vaxtda ailə biznesi səmərəli faktor kimi qiymətləndirilməlidir.

Məqalədə ailə bizneslərinin qlobal iqtisadiyyatda yeri və onların maliyyələşməsi məsələləri nəzəri və sistemli şəkildə araşdırılmışdır. Bu məqsədə nail olmaq üçün, nüfuzlu akademik mənbələrə və statistik göstəricilərə müraciət olunmuş, əldə edilmiş məlumatlar əsasında təhlil və ümumiləşdirmələr aparılmaqla ailə bizneslərinin əsas maliyyələşmə mənbələri müəyyənləşdirilmişdir.