TUT ŞİRƏSİ İLƏ ZƏNGİNLƏŞDİRİLMİŞ ÇÖRƏYİN ORQANOLEPTİK GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ


Creative Commons License

Əkbərova F.

Azerbaijan at a new stage of development – Food and nutrition security in the period of globalization and post pandemic: modern situation, challenges, perspectives, pp.136-141, 2021 (Conference Book)

Qısa məlumat

Məqalədə çörəyin orqanoleptik göstəricilərinə görə Əzəmətli-95 birinci sort buğda ununa əlavə edilən tut şirəsinin miqdarı müəyyən edilmişdir. Bu məqsədlə buğda ununa 5, 10, 15% nisbətində tut şirəsi əlavə etməklə çörək nümunələri hazırlanmışdır. Müəyyən olunmuşdur ki, buğda ununa tut şirəsi 5% əlavə edildikdə çörəklərin orqanoleptik göstəriciləri daha yüksək olur. Buğda ununa tut şirəsi əlavə edildikdə çörəyin həcmi çıxımı 25 sm3 /100 q artır. Bundan başqa müəyyən edilmişdir ki, buğda ununa əlavə edilən tut şirəsinin miqdarı 5%-dən çox olmamalıdır, çünki tut şirəsinin miqdarı artırıldıqca, çörəkdə tut şirəsinin özünəməxsus dadı və iyi əmələ gəlir. Bu isə istehlakçıların adət olunmuş dad və iy hissiyatına, eləcə də çörəyin alıcılıq qabiliyyətinə xoşagəlməz təsir edə bilər. Alınan nəticələr qida komponentləri ilə, əsasən də antioksidant, antimikrob xassəli bioloji fəal maddələrlə zəngin, funksional təyinatlı çörəklərin çeşidlərinin genişləndirilməsində istifadə edilə bilər.