SCIENTIFIC BULLETIN OF UNFU, vol.52, pp.68-74, 2025 (Peer-Reviewed Journal)
Bu məqalədə müəssisə öhdəliklərinin maliyyə hesabatlarında düzgün təsnifatı və qiymətləndirilməsinin nəzəri və praktiki əsasları araşdırılmışdır. Tədqiqatda Beynəlxalq Maliyyə Hesabatları Standartlarında (BMHS) öhdəlik anlayışına verilən yanaşma, öhdəliklərin hüquqi və konstruktiv xarakteri, onların tanınma meyarları və hesabatlarda təqdimat prinsipləri təhlil olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasında tətbiq olunan milli mühasibat uçotu standartları və real müəssisə təcrübəsi əsasında yerli praktikanın üstün və zəif cəhətləri müəyyənləşdirilmişdir. Məqalədə 2020–2023-cü illəri əhatə edən statistik göstəricilər əsasında bir sıra müəssisələrin öhdəlik strukturunun təhlili aparılmış, cari və uzunmüddətli öhdəliklərin ümumi kapitala və aktivlərə nisbəti müəyyən edilmiş, eləcə də öhdəliklərin komponentləri üzrə bölgüsü araşdırılmışdır. Müqayisəli analiz əsasında məlum olmuşdur ki, beynəlxalq praktikada öhdəliklərin qiymətləndirilməsi daha sistemli, şəffaf və proqnozlaşdırıla bilən yanaşmalara əsaslanır. Azərbaycan təcrübəsində isə hələ də nominal dəyər əsaslı uçot və qeyri-kafi açıqlama problemləri müşahidə olunur. Tədqiqat nəticəsində müəssisələrin maliyyə hesabatlarında öhdəliklərin təsnifatı və qiymətləndirilməsində beynəlxalq standartlara uyğunluğun artırılması, praktiki tətbiqin təkmilləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hesabat şəffaflığının təmin olunması məqsədilə konkret təkliflər verilmişdir