“ŞOLLAR SU KƏMƏRİ” VƏ AZƏRBAYCANDA QƏDİM SÜNİ SUVARMANIN İNKİŞAF TARİXİ HAQQINDA


Creative Commons License

Cəfərov H.

TARİX və ONUN PROBLEMLƏRİ, vol.5, pp.12-16, 2017 (Peer-Reviewed Journal)

Qısa məlumat

Təbiətin insanlara bəxş etdiyi unikal və əvəzedilməz nemətləri sırasında su müstəsna əhəmiyyətə malikdir. İnsanlığın təşəkkülü, formalaşması və inkişafında bir çox vacib komponentlərlə yanaşı su həlledici rol oynamışdır. Çəkilişi və istifadəyə verilməsinin yüz illiyi qeyd olunan “Şollar su kəməri” sudan səmərəli istifadə, insanların həyat tərzinin normal fəaliyyətinə şərait yaratmaq istiqamətində Azərbaycanda zaman-zaman müxtəlif nəsil nümayəndələrinin həyata keçirdiyi tədbirlər silsiləsinin yeni, o vaxta qədər analoqu olmayan əfsanəvi layihənin reallaşdırılmasının praktiki təcəssümü olmuşdur. 1859-cu ildə dəhşətli Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsi. XIX əsrin ikinci yarısında neft sənayesinin sürətlə yüksəlişi, məlum səbəblərə görə əhalinin sayının artması, yeni sənaye müəssisələrinin yaranması və s. amillər Bakı səhərinin içməli suya tələbatını dəfələrlə artırmışdı. Mövcud quyular, kəhrizlər, bulaqlar, hətta Qanlı göl də suya olan tələbatı ödəmə halında deyildir. Yeni daimi tükənməyən su mənbələrinin axtarışı ilə bağlı Kür və Araz çayları, Samur çayı hövzələri, Abşeron yarımadasında kəşfiyyat işləri nəticə vermədiyi üçün Böyük Qafqazın Azərbaycanla bağlı bərəkətli yamaclarına üz tu­ tuldu. İngilis əsilli, bir neçə nəsli avropada su mənbələri axtarışı və layihələrin reallaşdırılmasında böyük rol oynamış Lindley ailəsinin üzvü Ser Vilyam Harleyn Lindleyin uzun və məqsədyönlü elmi arqumentlərə söykənən axtarışları Qafqaz dağlarının şimal yamacları - Şalvuz dağı, Bazardüzü və Şahdağın tutduğu geniş zonada təbii su ehtiyatlarının varlığının aşkar olunmasına gətirib çıxardı. Bir neçə dəfə müzakirəsi keçirilən elmi cəhətdən əsaslandırılan, maliyyə mənbələri müəyyənləşdirilən, tarixə “Şollar su kəməri” kimi düşmüş bu layihə öz bəhrəsini 1917-ci ilin fevralında verdi. XX əsrin başlanğıcında bir-birinin ardınca baş vermiş hadisələr, burjua -demokratik inqilabları, I Dünya müharibəsi, iqtisadi böhranlar. maliyyə qıtlığı, təşkilatı məsələlər, Azərbaycana yad qüvvələrin təxribat xarakterli pozucu fəaliyyəti, bir sözlə kataklizmlər bu tarixi su kəmərinin vaxtında başa çatdırılmasına maneçilik törətmişdir. Lakin bütün çətinliklərə baxmayaraq həm Bakı şəhər Dumasının, həm də xeyriyyəçilərdən Hacı Zeynalabdin Tağıyevin səxavətli maliyyə ayırmalarının, ədalət naminə dövlətin özünün də dəstəyi sayəsində bu tarixi layihə reallaşmış oldu. 1910-cu ilə qədər hesablamalar, 1 mart 1911-ci ilə qədər son ölçmə, çizgi işləri (9 iş sahəsi), kəmərin çəkilişi üzrə iş bölgüsü isə həmin ilin mayına kimi başa çatmışdır.