Azərbaycan transmilli biznesində rəqabət mühitinin formalaşdırılması


Creative Commons License

Allahverdiyeva M., Hüseynova S.

Cooperation, vol.2, no.57, pp.134-142, 2020 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 2 Say: 57
  • Nəşr tarixi: 2020
  • jurnalın adı: Cooperation
  • Səhifə sayı: pp.134-142
  • Adres: Bəli

Qısa məlumat

In the transnational business strategy, the importance of competence-related issues is important. In the article, we examined the competence of transnational business in two ways: global and regional. The participation of the EAC in international competition is multifaceted and has many levels. Within the state, they compete with local companies and especially international companies for markets, sometimes for local discounts and subsidies. Competition is of the utmost importance for commodity producers. Competition forces commodity producers to adopt new technologies, increase labor productivity, raise or lower prices for goods and services. In practice, the competitiveness of transnational companies and other businesses, industries and countries is determined.  Formation of competitive environment can be ensured through implementation of anti-monopoly measures. A competitive environment should be created in the country to ensure that marketbased producers can achieve profit and strengthen their market position. This article deals with the formation of a competitive environment in the transnational business of Azerbaijan

Transmilli biznes strategiyasında səlahiyyətlərin nisbəti məsələlərinə əhəmiyyətli yer verilir. Məqalədə transmilli biznesdə səlahiyyətlərin tərkibini iki istiqamətdə arasdırmışıq: qlobal və regional. TMŞ-nin beynəlxalq rəqabətdə iştirakı çoxcəhətlidir və çoxlu səviyyələri var. Dövlət çərçivəsində onlar yerli şirkətlərlə və başda beynəlxalq şirkətlərlə bazarlar uğrunda, bəzən yerli güzəştlər və dotasiyalar uğrunda rəqabət aparırlar.  Rəqabət ilk növbədə mal istehsalçıları üçün mühüm obyektiv əhəmiyyət kəsb edir. Rəqabət mal istehsalçılarını yeni texnologiyalar tətbiq etməyə, əmək məhsuldarlığını yüksəltməyə, mal və xidmətlərin qiymətlərini yüksəltməyə və ya aşağı salmağa məcbur edir. Praktikada transmilli şirkətlərin və digər təsərrüfat subyektlərinin, sahələrin və ölkələrin rəqabət qabiliyyəti müəyyən edilir. Rəqabət mühitinin formalaşdırılması antiinhisar tədbirlərinin həyata keçirilməsi vasitəsilə təmin edilə bilər. Ölkədə elə rəqabət mühiti yaradılmalıdır ki, bazar hökmünə tabe olan istehsalçılar mənfəətə və onların bazar mövqeyinin möhkəmlənməsinə nail ola bilsinlər.  Hazırkı məqalədə Azərbaycan transmilli biznesində rəqabət mühitinin formalaşdırılması məsələləri öz əksini tapmışdır.