History of Economic Thought


Creative Commons License

Rzayeva Ş., Əliyeva L.

İqtisad Universiteti Nəşriyyatı, Baku, 2018

Qısa məlumat

Azərbaycanda aparılan uzunmüddətli uğurlu iqtisadi si-yasətin hazırkı mərhələsində, təkamüllü iqtisadi inkişafa təkan verən cərəyanların, məktəblərin və konsepsiyaların şərh olun-ması, tarixi inkişafın ayrı-ayrı dövrlərində irəli sürülən ümum-bəşəri iqtisadi dəyərlərin mənimsənilməsi, inkişaf qanunauy-ğunluqlarının öyrənilməsində “İqtisadi fikir tarixi” fənninin xü-susi yeri vardır. Bu fənn ümumdünya iqtisad elminin mühüm tərkib hissəsi olmaqla onun inkişafında iqtisadi bilikləri təsnif edir.

Təqdim olunan bu dərs vəsaitinin yazılmasında məqsəd iqtisadi fikir və baxışların meydana gəlməsindən müasir dövrə qədər olan nəzəriyyələrin inkişafı tarixini, eyni zamanda mü-təfəkkir iqtisadçı alimlərin fikirlərini, tərcümeyi-hallarını kon-kret dövrün ictimai inkişafına xas qanunauyğunluqlarla əladə-dar öyrənməklə, onların ümumbəşəri dəyərlərin əsasında dur-ması səbəblərini oxuculara çatdırmaqdır.

Dərs vəsaitində "İqtisadi fikir tarixi" fənni ilə bağlı möv-zularla yanaşı, həmin mövzuların daha yaxşı mənimsənilməsi üçün testlər, sxemlər, cədvəllər, şəkillər və düsturlar verilmiş-dir.

"İqtisadi fikir tarixi"nə dair tərtib olunmuş dərs vəsaiti tə-ləbələr, magistrlər, aspirantlar, eləcə də iqtisad elmi ilə maraq-lanan oxucular üçün nəzərdə tutulur.