Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkiĢaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfransın materialları, Ganca, Azerbaijan, 7 - 08 May 2024, vol.3, no.1, pp.412-414, (Full Text)
Orqanoleptik üsul çılpaq gözlə və böyüdücü ĢüĢənin köməyi ilə həyata keçirilir və liflərin xarici əlamətlərini müəyyən etməyə imkan verir ki, bunun da əsasında onların ilkin təsnifatı və fərqləndirilməsi həyata keçirilir. Hansı liflərin tədqiq olunan obyektlərin bir hissəsi olduğunu müəyyən etdikdən sonra, bu lif qarıĢığından hansı növ məmulatların (üst geyim, alt paltar və s.) istehsalında istifadə olunduğunu müəyyən etmək mümkündür. Tədqiq olunan liflərin hansı məhsul növünün bir hissəsi ola biləcəyi müəyyən etmək üçün, onların trikotajdan və ya parçadan olduğunu müəyyən etmək vacibdir. Trikotaj üçün istifadə olunan iplər və saplar adətən teksturalı və tüklü olur. Trikotaj məmulatlarının bir hissəsi olan ipliklər və saplar təpələr arasında böyük məsafələrlə yumĢaq dalğalılığa malikdir, parçalardan olan ipliklər və saplar isə bucaq dalğasına malikdir