istinad üçün kopyala
Allahverdiyeva M., Hüseynova S.
İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər, pp.462-467, 2020 (Conference Book)
Qısa məlumat
Transmilli biznesin formalaşması ümumi prinsiplərə əsaslansalar da, bu proses
müxtəlif ölkələrdə özünəməxsus bir formada baş verir. Transmilli biznes müxtəlif ölkələrdə
iqtisadiyyatın strukturundan, sosial-iqtisadi inkişaf səviyyəsindən, təşkilati-idarəetmə
strukturundan, milli-etnik xüsusiyyətlərdən, dövlətin inkişaf səviyyəsindən asılı olaraq fərqlənir.
Eyni zamanda sürətli inkişaf edən, təmərküzləşən iri milli şirkətlərin TMŞ kimi reytinqlərdə yer
tutmalarına zəmin yaratmaq, bunu əsaslandırmaq dövlətin və iqtisad elminin marağında olan
məsələlərdəndir.
Transmilli biznesin tənzimlənməsi dünya səviyyəsində çox aktualdır. Alimlər TMŞ-in
tənzimlənməsinin hüquqi aspektlərini daha çox araşdırmışlar. Bu məqalədə Azərbaycan
Respublikasında dövlət səviyyəsində transmilli biznesin tənzimlənməsi üçün görülən və
görülməsi vacib olan tədbirlərdən bəhs olunur və tənzimlənmə metodikası təklif olunur.