ŞƏMKİR RAYONU ƏRAZİSİNDƏ TAM İNKİŞAF ETMƏMİŞ DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) ÜZÜMALTI TORPAQLARDA EROZİYA PROSESİNİN MÜASİR VƏZİYYƏTİNİN ÖYRƏNİLMƏSİ


Creative Commons License

Hüseynov M.

ÜŞETİ-nin elmi əsərləri məcmuəsi, vol.25, no.2, pp.91-102, 2022 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə Azərbaycan Respublikası ərazisində mürəkkəb geoloji dövr keçən Kiçik Qafqazın şimal-şərq yamacında yerləşən Şəmkir rayonu daxilində üzüm bitkisi altında formalaşmış əkinaltı sahələrdə DBQv - Dağ-boz qəhvəyi (şabalıdı) torpaq tipinin DBQv te - Tam inkişaf etməmiş dağ boz-qəhvəyi (şabalıdı) yarımtip torpaqlarında eroziya prosesinin müasir vəziyyətinin təhlili, onun dinamikasının öyrənilməsi və müqayisəli səciyyəsi təhlil olunmuş, əkinatı torpaqlarının diaqnostik göstəricilərinə və münbitlik parametrlərinə eroziya prosesinin təsiri tədqiq edilmişdir. Məqalədə eyni zamanda tədqiqat sahəsində xarakterik yerlərdə qoyulmuş torpaq kəsimləri müasir metodlarla təhlil edilmiş, kimyəvi analizlər aparılmış və alınan nəticələr riyazi-statistik metodlarla dəqiqləşdirilmişdir. Tədqiqat sahəsində torpaqların eroziyadan mühafizəsini yaxşılaşdırmaq məqsədi ilə azotun, mütəhərrik fosforun və mübadiləvi kaliumun miqdarının üzüm bitkisi altında öyrənilməsi də tədqiq olunmuşdur.