İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri Beynəlxalq Elmi Konfrans, Sumqayıt-, vol.5, pp.566-570, 2021 (Conference Book)
В наше время цифровые технологии, инновационные бизнес-модели затрагивают все сферы экономической жизни общества, влияя на суть экономики, формируя новые качественные структурные изменения в экономике. Многие исследователи справедливо связывают среднесрочные тенденции развития общества и экономики с их цифровизацией. Цифровая экономика не может быть панацеей в Азербайджане и в мире в целом. На наш взгляд, его развитие следует рассматривать в контексте других преобразований, переживаемых современным обществом и экономикой, в тесной связи с ними. Для этого необходимо детально изучить его системные свойства, а также возможность практического использования его инструментов в хозяйственной практике.
Müasir dövrdə rəqəmsal texnologiyalar, innovasiya biznes modelləri iqtisadiyyatın mahiyyətinin özünə təsir göstərərək, iqtisadiyyatda yeni keyfiyyət struktur dəyişiklikləri formalaşdıraraq cəmiyyətin təsərrüfat həyatının bütün sahələrinə daxil olur. Bir çox tədqiqatçılar cəmiyyətin və iqtisadiyyatın orta müddətli inkişaf trendlərini haqlı olaraq onların rəqəmsallaşdırılması ilə əlaqələndirirlər. Rəqəmsal iqtisadiyyat da Azərbaycanda və bütünlükdə dünyada panaseya ola bilməz. Bizim fikrimizcə, onun inkişafını müasir cəmiyyətin və iqtisadiyyatın hiss etdiyi digər transformasiyalar kontekstində, onlarla sıx bağlılıqda nəzərdən keçirmək lazımdır. Bunun üçün isə onun sistem xassələrini, həmçinin onun alətlərinin təsərrüfat təcrübəsində praktik istifadəsi imkanlarını ətraflı öyrənmək lazımdır.