KOMMERSİYA TƏŞKİLATLARINDA RİSKLƏRİN AUDİTİ


Hacıyeva A.

AUDIT FINANCIAR, vol.1, no.1, pp.5-16, 2023 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 1 Say: 1
  • Nəşr tarixi: 2023
  • jurnalın adı: AUDIT FINANCIAR
  • Jurnalın baxıldığı indekslər: Business Source Elite, Business Source Premier, Central & Eastern European Academic Source (CEEAS), Directory of Open Access Journals
  • Səhifə sayı: pp.5-16
  • Adres: Yox

Qısa məlumat

Tədqiqatın məqsədi – istisnasız olaraq bütün kommersiya təşkilatların məruz qaldığı müəyyən risk növlərini təhlil edib onları fərqləndirməkdən ibarətdir.

Tədqiqatın metodologiyası – tədqiqat zamanı təhlilin müxtəlif metodlarından istifadə edilib: müqayisə, qruplaşdırma, ekspert qiymətləndirmə metodları və s.

Tədqiqatın nəticələri – tədqiqat nəticəsində istənilən risk faktoru üçün onun təzahür etmə ehtimalı, təşkilatın fəaliyyətinin nəticələrinə təsirin xarakterini (zərər və ya qazanc) müəyyən etməkdir.

Tədqiqatın tətbiqi əhəmiyyəti – hal-hazırda respublikada kommersiya təşkilatları ildə bir dəfə mütləq auditor rəyi təqdim etməlidirlər. Bununla bağlı təklif edilən metod və va- sitələr bütün kommersiya təşkilatları və sahibkarlar tərəfindən istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi - xarici auditorlarla yanaşı, dövlət auditor- larının rolunu artırmaq məqsədi ilə dövlət tənzimlənməsinə və ya vergitutmaya düşən fəaliy- yət göstərən dövlət müəssisələrinin, habelə özəl müəssisələrin və ya fərdi şəxslərin qeyd- lərinin aparılması və öyrənilməsi. Verilən məlumatların həcm və ya audit üçün nəzərdə tutulan şirkətin GAAP Mühasibat uçotu prinsiplərinə riayət etməməsini nəzərdə tutan ixtisaslı rəy verilməsinin qaydaları araşdırılmışdır.