RƏQƏMSAL KİTABXANALARIN FORMALAŞDIRILMASI VƏ İDARƏ OLUNMASI


Kərimova G.

KİTABXANA-İNFORMASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINDA MÜASİR TENDENSİYALAR, vol.370, pp.131-133, 2025 (Conference Book)

Qısa məlumat

Müasir zaman üçün texnologiyaların sürətli inkişafı informasiya cəmiyyətinin yaranmasına səbəb olmuş və bu proses bütün sahələrə eyni zaman da kitabxanaların da fəaliyyətinə əhəmiyyətli dərəcədə müsbət yöndə təsir göstərmişdir. Ənənəvi kitabxanalar günümüzün informasiya ehtiyaclarını tam qarşılaya bilməməsi nəticəsində rəqəmsal kitabxanaların meydana gəlməsi üçün zəmin yaratmışdır. Ənənəvi kitabxanaların günümüzün tələbatına uyğun olaraq rəqəmsal müstəviyə keçidi, istifadəçilərin informasiyaya daha rahat və sürətli şəkildə çıxışını təmin etmiş, eyni zamanda kitabxana idarəçiliyinin yeni metod və strategiyalarla yenidən formalaşmasını zəruri etmişdir. Rəqəmsal kitabxanalar informasiya resurslarının elektron formada saxlanılması, idarə olunması və istifadəçilərə təqdim edilməsini təmin edən sistemlərdir. Bu məqalədə rəqəmsal kitabxanaların formalaşdırılması, eyni zamanda idarə olunması və bu istiqamətdə qarşıya çıxan problemlər araşdırılır.