Peşə təhsili və insan kapitalı. Elmi-praktiki, metodiki jurnal. Bakı., vol.3, no.1, pp.26-35, 2020 (Peer-Reviewed Journal)
Məqalədə kiçik və orta sahibkarlıq nəzəri və sistemli şəkildə tədqiq edilmiş, bu seqmentin inkişafında dövlət siyasətinin rolu barədə müasir iqtisadi ədəbiyyatda mövcud yanaşmalar nəzərdən keçirilmiş, Avropa İttifaqı, o cümlədən Almaniya təcrübəsi araşdırılmış, hesabatlar və göstəricilər diqqətə çatdırılmışdır. Həmçinin Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın normativ-hüquqi bazası, statistik göstəriciləri qismən də olsa əks etdirilmiş, müqayisə, analiz, sintez və ümumiləşdirmə metodlarından istifadə edilməklə təhlillər aparılmış, inkişaf perspektivlərindən bəhs olunaraq bu sahədə dövlətin rolu qiymətləndirilmişdir. Qiymətləndirmə isə dövlətin əsas prioritetlərindən biri kimi KOB-ların inkişaf etdirilməsi naminə gördüyü tədbirlərin beynəlxalq təcrübə ilə müqayisəsinə və onların nəticələrinə, yaradılmış potensiala əsasən həyata keçirilmişdir.