AZƏRBAYCAN DİLİ TARİXİNDƏ MƏHƏMMƏD FÜZULİ MƏRHƏLƏSİ


Creative Commons License

Əmrahova M.

Filologiya məsələləri, no.8, pp.145-151, 2024 (Peer-Reviewed Journal)

Qısa məlumat

Məqalədə dahi Azərbaycan şairi, türk dünyasının böyük ədəbi siması Məhəmməd Füzulinin Azərbaycan dilinin inkişaf tarixindəki xidmətlərindən bəhs olunur. Araşdırmanın əvvəlində görkəmli sənətkarın irsinə Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısından söz açılır, onun yubileyləri ilə əlaqədar ümummilli lider Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyevin imzaladıqları sərəncamların mühüm ədəbi-mədəni hadisə kimi tarixi əhəmiyyətinə toxunulur, Füzuli dilinin öyrənilməsi yönündə əsərlər yazmış alimlərin fəaliyyəti müxtəsər qeyd olunur.  Məqalədə Füzuli dilinin lüğət tərkibi, leksik-semantik və üslubi özəllikləri geniş şərh olunmaqla onun dilimizin zənginləşməsi istiqamətindəki fəaliyyətinə aydınlıq gətilir. Qeyd olunur ki, M.Füzulinin dilimizin inkişafındakı tarixi rolu ana dilində əsər yazan istənilən bir qələm sahibinin rolu kimi dəyərləndirilə bilməz: onun türkcənin nüfuzunun güclənməsindəki tarixi fəaliyyəti böyük bir missiya, idrak edilmiş mövqe və nəhəng bir konsepsiyadır. M.Füzulinin mühüm xidməti xalq danışıq dili ilə yazılı dili bir araya gətirməsidir. Klassik üslubda əsərlər qələmə alan ədiblərdən kimsə Azərbaycan dilini Füzuli səviyyəsində mükəmməl bilməmişdir. Onlardan heç biri doğma ana dilini Füzulinin intellekti səviyyəsində yaradıcılığında əks etdirməyi bacarmamışdır.  Məqalədə bütün bu məqamlar müəyyən istiqamətlərdən araşdırılmış, şairin anadilli əsərlərinin dilimizin tarixindəki əhəmiyyəti yüksək dəyərləndirilmişdir.