Müasir Turizm Konsepsiyalarının Ölkə Üzrə Tətbiq Perspektivləri


Creative Commons License

Sadıqov N.

“DAYANIQLI İNKİŞAF VƏ İNNOVASİYA İQTİSADİYYATI” İQTISADİYYAT VƏ SOSİAL ELMLƏR SAHƏSİNDƏ TƏDQİQATÇILARIN II BEYNƏLXALQ ELMİ KONFRANSI KONFRANS MATERİALLARI , vol.7, pp.265-271, 2025 (Conference Book)

Qısa məlumat

Məqalədə texnologiya parklarının ölkədə innovativ iqtisadiyyatın formalaşmasında oynadığı rol, onların iqtisadi inkişaf və rəqabət qabiliyyətinə təsiri təhlil olunur. Beynəlxalq və yerli təcrübələr müqayisə edilir, dövlət siyasəti və institusional dəstək mexanizmləri araşdırılır. Məqalə nəticəsində texnoparkların effektiv idarə edilməsi və innovasiya ekosisteminin inkişafı üçün strateji istiqamətlər təklif olunur.  Müasir dövrdə innovasiyaya əsaslanan iqtisadi inkişaf modeli ölkələrin rəqabətqabiliyyətliliyinin əsas determinantına çevrilmişdir. Bu modelin mühüm dayaqlarından biri texnologiya parklarıdır. Texnoparklar elmi tədqiqatların  kommersiyalaşdırılmasını, startapların və innovativ müəssisələrin formalaşmasını, yeni texnologiyaların istehsal və xidmət sahələrinə transferini təmin edən sistemli innovasiya mühitidir. Məqalədə texnologiya parklarının iqtisadi və sosial funksiyaları, onların innovativ iqtisadiyyatın formalaşmasında rolu və Azərbaycanın bu istiqamətdə təcrübəsi təhlil edilmişdir. Həmçinin, yerli və xarici təcrübələr müqayisə olunmuş, texnoparkların ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafına təsiri empirik göstəricilərlə əsaslandırılmışdır. Nəticədə Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı üçün texnoparkların institusional, maliyyə və rəqəmsal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə dair praktik tövsiyələr verilmişdir.