The influence of tourism on the economic development of Azerbaijan


Əliyev Ə.

Audit, uçot və statistika, vol.13, no.4, pp.3-15, 2018 (Conference Book)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 13 Say: 4
  • Nəşr tarixi: 2018
  • jurnalın adı: Audit, uçot və statistika
  • Səhifə sayı: pp.3-15
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

Turizm dünya iqtisadiyyatının mühüm sahələrindən biridir. Dünyada turizmin fəal inkiĢafı ildən-ilə turist axının və bu sektordan əldə edilən gəlirin dünyanın ümumi daxili məhsulunda xüsusi çəkisinin artması ilə xarakterizə olunur. Ümumdünya Ticarət TəĢkilatının məlumatlarına görə 2015-ci ildə beynəlxalq turistlərin sayı 1184 milyon nəfər, turist sektorunun dünya iqtisadiyyatında xüsusi çəkisi 9%, turizmin ümumi gəliri isə 1245 mlrd. dollar təĢkil etmiĢdir.Proqnoz qiymətləndirmələrə görə 2020-ci ildə beynəlxalq turistlərin sayını 1561 milyon. nəfər, turizmin ümumi gəlirinin isə 2000 mlrd. dollar olacağı gözlənilir. Azərbaycan Respublikasında turizm sektorunun inkiĢafına prioritetlik verilir. Ölkədə beynəlxalq turizmin inkiĢafı üçün zəruri Ģərait yaradılmıĢdır. Bununla əlaqədar olaraq turizmin inkiĢafının və Azərbaycanın müasir iqtisadiyyatında onun rolunun qiymətləndirilməsi məsələsi olduqca aktualdır. Turizmin ölkə iqtisadiyyatına, yaxud regiona təsirinin qiymətləndirilməsi çətindir. Bütövlükdə onu qeyd etmək olar ki, turizm sənayesinin göstəricilərinin iqtisadi təhlilinin çətinliyi turizmin statistik göstəricilərinin təhlilinin tam konsepsiyanın, metodika və metodologiyasının olmaması ilə Ģərtlənir. Bu gün turizm sənayesinin inkiĢafını, müĢahidə edilən mühüm meylləri xarakterizə etməyə imkan verən ümumi qəbul edilmiĢ vahid yanaĢma, konkret ümumiləĢdirici göstəricilər yoxdur. AparılmıĢ reqressiya təhlilinin nəticələri turizmin sabit inkiĢafının ölkənin iqtisadi inkiĢafına müsbət təsir göstərdiyini deməyə əsas verir. Reqressiya modellərinin parametrlərindən göründüyü kimi əhalinin hər nəfərinə düĢən gəlirlərin həcminin 1% artması qarĢılığında turizm xidmətlərinin həcmi orta hesabla 0,62% artmasını göstərmək olar. Əgər turizm xidmətlərinin həcminin 1% artması qarĢılığında ümumi daxili məhsulun həcminin orta hesabla 0,34% artmasını gözləmək olar. Reqressiya-korrelyasiya təhlilinin nəticələrinin mühüm elmi və praktiki əhəmiyyəti vardır. Bu amilli təhlilin daha da dərinləĢdirilməsində, tədqiq edilən nəticə göstəricisinin formalaĢmasında hər bir amilin yeri və rolunun müəyyənləĢdirilməsində, müxtəlif idarəetmə qərarlarının, proqnoz və planların əsaslandırılmasında təzahür edir. Açar sözlər: reqressiya və korrelyasiya təhlili, asılı və asılı olmayan dəyiĢənlər, turizmin statistik göstəriciləri, hər nəfərə düĢən gəlir, hər nəfərə düĢən pullu turizm xidmətlərinin həcmi.