Filologiya məsələləri, pp.331-335, 2017 (Peer-Reviewed Journal)
Klassik Azərbaycan ədəbiyyatı özünün əsrarəngiz inciləri, misilsiz ədəbibədii nümunələri və dahi şəxsiyyətləri ilə, bütövlükdə Azərbaycan mənəvi mədəniyyət xəzinəsinin əsasını təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasında 2016- cı il ölkəmizdə "Multikulturalizm ili" elan edildi. Bu sərəncamın icrasına müvafiq olaraq ölkənin müxtəlif idarə və müəssisələrində, xüsusilə humanitar və ictimai elm sahələri ilə bağlı qurumlarında multikulturalizm və tolerantlıq məsələlərinin öyrənilməsi, təhlili və təbliği sahəsində mühüm işlər görülməyə başlanıldı.