ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNUN NƏQLİYYAT-LOGİSTİKA İNFRASTRUKTURUNUN İNKİŞAFINDA DÖVLƏT-XÜSUSİ BİZNES TƏRƏFDAŞLIĞININ YERİ VƏ ROLU


Creative Commons License

İsmayılova G.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın inkişaf perspektivləri” mövzusunda RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANS, vol.588, pp.146-149, 2025 (Conference Book)

Qısa məlumat

 Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın mühüm geostrateji və iqtisadi regionlarından biridir və Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Regionun nəqliyyat-logistika infrastrukturu Azərbaycanın beynəlxalq tranzit imkanlarını genişləndirərək, iqtisadi inkişafına və regional inteqrasiyasına mühüm töhfə verir. Məqalədə Şərqi Zəngəzurun nəqliyyat-logistika potensialı, onun iqtisadi əhəmiyyəti və dövlət-xüsusi biznes tərəfdaşlığının (DXBT) bu sahədəki rolu araşdırılır. Qeyd olunur ki,Zəngəzur Dəhlizi – Azərbaycanı Türkiyə və Avropa bazarlarına birləşdirən yeni tranzit marşrutudur. Bu, Orta Dəhlizin gücləndirilməsinə və Rusiya-İran əlaqələrinin inkişafına da şərait yaradır. Nəqliyyat və logistika infrastrukturunun inkişafı yeni iş yerlərinin yaradılması, ticarətin genişlənməsi və kənd təsərrüfatı-sənaye sektorunun inkişafına imkan verir. Dövlət və özəl sektorun tərəfdaşlığı – Maliyyə vəsaitlərinin cəlb edilməsi, müasir texnologiyaların tətbiqi, iş yerlərinin yaradılması və beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Əsas infrastruktur layihələri – Zəngəzur dəhlizinin inkişafı, Zəngilan Beynəlxalq Hava Limanı, yenilənmiş avtomobil və dəmir yolları regionun iqtisadi inkişafına təkan verir. Açar sözlər: Şərqi Zəngəzur;Zəngəzur Dəhlizi; nəqliyyat-logistika infrastrukturu; dövlət-xüsusi biznes tərəfdaşlığı (DXBT); Azərbaycanın tranzit potensial; beynəlxalq ticarət və logistika.