AKADEMİK YAZI MƏDƏNİYYƏTİNİN PRİNSİP ETİBARİLƏ FƏRQLƏNMƏSİ


Creative Commons License

Yusifova N.

Nəsildən-nəslə, pp.15-24, 2025 (Peer-Reviewed Journal)

Qısa məlumat

Milli mədəniyyətlərin inkişaf perspektivlərinin, mədəniyyətlərarası münasibət və əlaqələrin öyrənilməsi bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edən məsələlər olmuşdur. Lakin xalqlar, dövlətlər, ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələrin getdikcə genişlənməsi və qloballaşma, inteqrasiya proseslərinin daha da dərinləşməsi ilə səciyyələnən müasir dövrümüzdə bu məsələlər daha da aktual xarakter daşımağa başlamışdır. Bu, işgüzar kommunikasiyalara da öz təsirini göstərir. İnsanın digər adamları, ətrafdakı hal və hadisələri özünün etnik və mədəni qrup dəyərləri prizmasından qəbul etmək və qiymətləndirmək meyilləri işgüzar ünsiyyətdə əsl sınaqlara gətirib çıxarır. Etnosentrizm təzahürü tərəfdaşlıq münasibətlərini dağıtmaq, tərəfdaşların etibarını korlamaq və işgüzar nüfuza qara ləkə sal-maq iqtidarındadır. Yeri gəlmişkən, etnosentrizm, bir mədəniyyəti başqa bir mədəniyyətin standartları, dəyərləri və baxış bucağı əsasında qiymətləndirməkdir. Mədəniyyətlərarası kommunikasiyanın iştirakçıları üçün etnosentrizmlə mübarizə və işgüzar etiketə ciddi riayət etmək xüsusi əhəmiyyət kəsb edir. Bəs mədəniy- yətlərarası kommunikasiya zamanı səhvlərdən necə qorunmaq olar? Bunun üçün beynəlxalq işgüzar ünsiyyətin iştirakçıları, məsələn, göndərilən məktubun məzmu-nunun və ya telefon danışığında işlədilən ifadələrin məğzinin öz xarici tərəfdaşları tərəfindən necə qəbul edildiyini dəqiq başa düşməlidirlər. İnsanın digər adamları, ətrafdakı hal və hadisələri özünün etnik və mədəni qrup dəyərləri prizmasından qəbul etmək və qiymətləndirmək meyilləri işgüzar ünsiyyətdə əsl sınaqlara gətirib çıxarır. Etnosentrizm təzahürü tərəfdaşlıq münasibət-lərini dağıtmaq, tərəfdaşların etibarını korlamaq və işgüzar nüfuza qara ləkə sal-maq iqtidarındadır. Yeri gəlmişkən, etnosentrizm, bir mədəniyyəti başqa bir mədəniyyətin standartları, dəyərləri və baxış bucağı əsasında qiymətləndirməkdir. Cəmiyyətdə hər birimizin ən böyük mənəvi təlabatı ünsiyyətdir. Xüsusən də insanlarla işgüzar əlaqələr, yeni tanışlıqlar zamanı ünsiyyətin rolu əvəzedilməzdir.- Mədəniyyətlərarası kommunikasiyanın iştirakçıları üçün etnosentrizmlə mübarizə və işgüzar etiketə ciddi riayət etmək xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası kommunikasiya zamanı səhvlərdən qorunmaq üçün beynəlxalq işgüzar ünsiyyətin iştirakçıları, məsələn, göndərilən məktubun məzmununun və ya telefon danışığında işlədilən ifadələrin məğzinin öz xarici tərəfdaşları tərəfindən necə qəbul edildiyini dəqiq başa düşməlidirlər. Mədəniyyətlərarası kommunikasiya linqvistik, mədəni və texnoloji amillərin təsirinə məruz qalır. Bundan başqa, işgüzar ünsiyyətin qaydası sosial təşkildən, kontekstdən, nüfuz risklərindən, qeyri-verbal kommunikativ davranışdan və s. asılılığını geniş aspekdə göstərir.