Kkonfrans materialı, vol.100, pp.132-138, 2022 (Conference Book)
Ölkəmiz müstəqillik əldə etdikdən sonra əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına yönəldilmiş kompleks və sistemli tədbirlərin həyata keçirilməsi müstəqilliyin daha da möhkəmləndirilməsinə və bir sıra məhsullar üzrə xarici bazarlardan asılılığın müəyyən qədər azldılmasına imkan vermişdir. Lakin hələ də bəzi kənd təsərrüfatı və ərzaq məhsulları (məsələn, taxıl və taxıl məhsulları) üzrə beynəlxalq bazarlardan asılılıq ərzaq təhlükəsizliyinin və müstəqilliyinin təmin edilməsi baxımından təhdidlər doğurur, ona görə də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir və onların gələcəkdə də davam etdirilməsi gözlənilir.
Məqalədə müstəqil Azərbaycanın aqrar ərzaq siyasətinin xarakterik xüsusiyyətləri öyrənilmiş, ərzaq müstəqilliyinin və təhlükəsizliyinin təmin olunma səviyyəsinin yüksəldilməsi üzrə elmi əsaslandırılmış təkjliflər verilmişdir.