"Tikintinin iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalı, no.2(16), pp.160-166, 2019 (Peer-Reviewed Journal)
Bu məqalədə mənzil ipoteka kreditləşməsi sisteminin inkişaf konsepsiyaları və dövlət tərəfindən stimullaşdırılmasının başlıca istiqamətləri nəzərdən keçirilir, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ötürülməsi və bu əmlakın ipotekasının rəsmiləşdirilməsi prosesilə bağlı əsas problemlər qoyulur, ipotekalı mənzil kreditləri sferasında dayanıqlı milli bazarın formalaşdırılmasına dair təkliflər irəli sürülür.
Açar sözlər: dövlət tərəfindən stimullaşdırılma, mənzil ipoteka kreditləşməsi, risk, ipotekanın qeydiyyatı, mənzil siyasəti