1.
Fənnin məqsəd və vəzifələri
Tələbələrə tədris olunan “Sənaye təhlükəsizliyi” fənni
digər ümumtexniki fənlərlə yanaşı, peşə problemlərinin xüsusiyyətlərini əks
etdirir və aşağıdakıların öyrənilməsini
nəzərdə tutur:
- gələcək peşəsinin mahiyyəti və sosial əhəmiyyətini başa
düşmək, sənayenin təhlükəsizliyinin idarə edilməsi və sənayenin
təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərini bilmək, texnoloji proseslərdə istifadə edilən xammalların,
köməkçi materialların və istehsal edilən məhsulların təhlükəlilik
dərəcələrinin hərtərəfli elmi təhlilini vermək;
- əməyin
mühafizəsi üzrə standartlarda, normalarda və qaydalarda verilən tələbləri
öyrənmək və mənimsəmək, binaların, qurğuların, texnoloji proseslərin və
avadanlığın təhlükəsizliyini təmin etmək, hər bir iş yerində
sanitariya-gigiyena şəraitini və əməyin mühafizəsini qüvvədə olan normativlərə
uyğunlaşdırmaq, işləyənlərə lazımi sanitariya-məişət və müalicə-profilaktik
xidməti təşkil etmək, optimal əmək və istirahət rejiminə riayət etmək və kollektiv
müqavilədə (sazişdə) nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi metodlarından istifadənin praktiki bacarıqlarına
yiyələnmək;
- sənayedə təhlükəli
sahələri müəyyən etmək,. təhlükəli şəraitləri aşkar etmək, onların ləğvi və xəbərdarlığı tədbirlərini
hazırlanaq, qəzaların
baş vermə səbəbləri və onların aradan qaldırılması metodlarını araşdırmaq, sənaye sahələrində baş verəcək gələcək
qəzaların aradan qaldırılması yollarını müəyyən etmək;
-davamlı olaraq riskləri
müəyyən etmək, riskləri
qiymətləndirmək, risklərə nəzarət metodlarını müəyyənləşdirmək, iş mühitinin təhlükəsizliyinə mənfi təsir göstərə
biləcək riskləri analiz etmək və onları idarə etməyi bacarmaq.
Fənnin əsas məqsədi tələbələrə sənaye təhlükəsizliyinin əsas məsələlərini öyrətmək və onları sənaye
mühəndisliyi sahəsində baçarıqlı, işgüzar və savadlı mütəxəssis kimi
hazırlamaqdan ibarətdir.
Fənnin əsas vəzifəsi sənaye təhlükəsizliyi və
onun xüsusiyyətləri barədə tələbələrdə tam təsəvvür formalaşdırmaq, sənaye təhlükəsizliyinin təhlili
ilə bağlı əsas elmi yanaşmaları tələbələrə təqdim etmək, sənaye təhlükəsizliyinin inkişafına
təsir göstərən amilləri və belə təsirlərin qiymətləndirlməsi üsullarını tələbələrə
başa ssalmaq,sənaye
təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin aaparılması
mexanizmlərini tələbələrə aşılamaq, sənaye təhlükəsizliyinin təhlili,
onun formalaşmasına və inkişafına olan təsirlərin qiymətləndirilməsi, habelə
dövlətin sənaye
təhlükəsizliyi sahəsində nəzarət sisteminin işlənilməsi
baxımından tələbələrə zəruri bbacarıq və qabiliyyətlərin aşılanmasıdır.
2.
Fənnin mənimsənilmə səviyyəsinə dair tələblər
Tədris prosesində tələbələr aşağıdakılar
haqqında anlayışlara malik olmalıdır:
-
sənaye təhlükəsizliyinin tarixi haqqında;
-sənaye
təhlükəsizliyinə müasir yanaşmaların məzmunu haqqında.
- sənaye təhlükəsizliyi sahəsində
risklərin idarə edilməsini bilməlidirlər:
-
sənaye təhlükəsizliyinin ümumi tələblərini;
-
sənaye təhlükəsizliyinin əhəmiyyətini;
-
sənaye təhlükəsizliyi mütəxəssisinin vəzifəsini;
-
sənaye təhlükəsizliyi mütəxəssisinin
məsuliyyətini;
-
sənaye təhlükəsizliyi sahəsində qanunvericiliyi;
-
sənaye təhlükəsizliyi üzrə tətbiq olunan
qaydaları;
-
təhlükəsizlik funksiyasının idarə olunmasını;
-
sənaye təhlükəsizliyi ilə bağlı
risklərin idarə edilməsini
bacarmalıdırlar:
- sənaye
təhlükəsizliyinin normativ-texniki sənədlərilə işləməyi;
- qəzanın
yaranma səbəblərini araşdırmağı;
- bədən
xəsarətləri və peşə xəstəlikləri zamanı işçilərin kompensasiyası və uçotunun
aparılmasını;
- sənaye
gigiyenasını müəssisədə tətbiq etməyi;
- yanğının
qarşısının alınması proqramını tərtib etməyi;
- yanğından müdafiə tədbirlərinin təşkil etməyi;
- təhlükəli
tullantıların zərərsizləşdirilməsi istiqamətlərini müəyyən etməyi;
yiyələnməlidirlər:
-
fənnin xüsusi terminologiyasına;
-
sənayedə işçilərin sağlığı və təhlükəsizliyinin qiymətləndirilməsi və ona nəzarətin əsas
üsullarına.
Kursun ümumi həcmi 45 saat, o cümlədən
mühazirələr - 30 saat, praktiki məşğələlər - 15 saat təşkil edir.
“Sənaye
təhlükəsizliy” fənninin tədrisinin başlıca məqsədi tələbələrdə dərindən öyrənmək əsasında texnoloji proseslərdə
istifadə edilən xammalların, köməkçi materialların və istehsal edilən
məhsulların təhlükəlilik dərəcələrini hərtərəfli elmi təhlil etməyə dair bilik və bacarıqlar formalaşdırmaqdır.
Alınmış biliklər
gənc mütəxəssisə texnoloji
proseslərdə istifadə edilən xammalları, köməkçi materialları və istehsal
edilən məhsulları düzgün öyrənməyə, onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsinə dəqiq metodlar tətbiq etməyə imkan
verəcəkdir.
“Sənaye təhlükəsizliyi” fənninin
öyrənilməsi bakalavr səviyyəsində sənaye mühəndisliyi ixtisasına giriş
fəninin öyrənilməsi bazasında varisliyi
nəzərdə tutur.
Beləliklə, xüsusi fənlərin ümumi
müddəaları bu fənnin tədqiqat metodlarında konkretləşdirilir.
Bu kursda sənaye təhlükəsizliyi haqqında anlayışlar və sənaye təhlükəsizliyinin əhəmiyyəti barədə məlumatlar, sənaye təhlükəsizliyinin ümumi tələbləri, texnoloji proseslərin partlayış təhlükəliliyi və normativ-texniki sənədləşdirmə, sənaye sahələrində yaranan xarakterik təhlükələr, sənaye qəzalarının baş vermə şəraiti, sənaye təhlükəsizliyi sahəsində qanunvericilik, sənaye təhlükəsizliyi sahəsində milli və beynəlxalq standartlar, sənaye təhlükəsizliyi üzrə tətbiq olunan qaydalar, qəzanın yaranma səbəbləri, təhlükəli tullantıların zərərsizləşdirilməsi və ətraf mühitin mühafizəsi məsələləri öyrənilir.
Proqrama seminar və praktiki
məşğələlərin mövzuları daxil edilmişdir. Nəzarət forması konspektlər, ev tapşırıqları,
seminarlar və kollokviumlar ola bilər.
Mühazirə və seminar mövzularının
ardıcıllığı hökmən deyildir. Kafedrada işçi proqramı tərtib edərkən mövzular
qismən dəyişdirilə, həm də ayrı-ayrı mövzular fərdi dəyişdirilə və ya əlavə
oluna bilər.
|