Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi xəbərləri, no.5, pp.101-108, 2017 (Peer-Reviewed Journal)
Ərazi üzrə yerli özünüidarəetmələrdə informasiya texnologiyalarının inkişafı, virtual platformalarda ünsiyyət və qarşılıqlı təsir məsələləri müasir dövrdə aktuallığı ilə seçilir. Məqalənin mövzusu bir elmi ideya kimi yeni olsa da, bələdiyyə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə uzun illəri əhatə edir. Toxunulan məqamlar yerli özünüidarəetmə işinin təkmilləşdirilməsinə dair nəzəri problemlərə həsr olunmuşdur. Belə ki, təcrübədə yerli əhəmiyyətli məsələlərin bilavasitə əhali tərəfindən həllinə çox az rast gəlinir. Bu səbəbdən, bələdiyyə ərazisində yaşayan əhali ilə həmin ərazidə yaradılmış yerli özünüidarəetmə orqanları arasında əks-əlaqənin yoluna qoyulması xüsusi olaraq, tədqiqatın əsas məqsədi sayılır. Tədqiq olunan sahənin aktuallığı bələdiyyələrdə idarəetmə strukturunun yeni elektron xidmətlərinin tətbiqi məsələlərində əməli yanaşmalara əsaslanmışdır. Mövcud potensial imkanları nəzərə alaraq aparılmış tədqiqatlar cədvəldə 16 adda servis çeşidinin elektron xidmət növü kimi ebələdiyyənin nəzdində yer alması məqalənin elmi yeniliyidir. Məqalənin tətbiqi əhəmiyyəti gələcəkdə bələdiyyə ərazisində vətəndaş münasibətlərinin daha səmərəli formada həyata keçirilməsinə zəmin yaradır. Tədqiqatın nəticə olaraq elektron bələdiyyə idarəetməsində vətəndaş münasibətlərinin xüsusi cəhətləri çeşidlənərək, qısa izah edilmiş, xarici ölkələr timsalında fəaliyyətin təşkilinə nəzər salınaraq, bir sıra təkliflər irəli sürülmüşdür. Açar sözlər: e-bələdiyyə, məsuliyyətli idarəetmə, bələdiyyə idarəetməsi, elektron xidmətlər.