Elmi Xəbərlər Jurnalı , no.1, pp.14-17, 2024 (Peer-Reviewed Journal)
Məqalənin məqsədi rəqəmsal texnologiyalarının əhəmiyyəti, tətbiqi məsələlərini araşdırmaqdır. Təhsilin keyfiyyətinin artırılmasında İKT-dən istifadənin əhəmiyyəti olduqca böyükdür. Keyfiyyətli təlim-tədris prosesini müasir təlim texnologiyalarından istifadəsiz təsəvür etmək olmaz. Onlara ağıllı lövhə, kompüterlər, təqdimatlar üçün proyektorlar, eləcə də sürətli WIFI daxildir. Müəllimin interaktiv təlim metodları ilə dərsi aparması üçün müasir təlim texnologiyaları ilə təchiz olunmuş mühit, məkan olmalıdır. Belə ki, hökumət müxtəlif rəqəmsal ixtisaslar üzrə kadr hazırlığı üçün maliyyə vəsaiti ayırıbdır. Həmçinin universitetlərdə rəqəmsal iqtisadiyyat, data analitikası, e-ticarət və bu kimi yeni ixtisaslar tədris olunur. İKT sahəsində son vaxtlar daha çox tələbat olan ixtisaslardan biri kibertəhlükəsizlikdir. Hazırda Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür. Azərbaycanın bu sahədə yüksək inkişaf potensialı var. Rəqəmsal dünyaya bərabər çıxışı təmin etmək üçün rəqəmsal texnologiyalar və xidmətlərin hamı üçün inklüziv, ədalətli, əlçatan, əlverişli və təhlükəsiz olması dövlətlərin diqqətindədir. Beləliklə, rəqəmsal fərqi aradan qaldırmaq üçün proqramlar hazırlanmalıdır. Məqalə yazılarkən təhlil və tədqiqat metodlarından istifadə edilmişdir. Tətbiqi əhəniyyəti: material ali təhsil müəssisələrində mühazirə və seminarlarda istifadə oluna bilər, material infotmatika, informasiya kommunikasiya eləcə də təhsil sahəsi ilə maraqlananlar üşüm faydalıdır