UNEC-in 95 illik yubileyinə həsr olunmuş “SAHİBKARLIQ TƏHSİLİ: iqtisadi artımın yeni imkanları”


Bərxudarov M.

Bakı – UNEC , Baku, Azerbaijan, 11 - 12 April 2025, no.1, pp.23-25, (Full Text)

  • Nəşrin Növü: Conference Paper / Full Text
  • Çap olunduğu şəhər: Baku
  • Ölkə: Azerbaijan
  • Səhifə sayı: pp.23-25
  • Açıq Arxiv Kolleksiyası: Konfrans Materialı
  • Adres: Bəli

Qısa məlumat

ibkarların çağırışlarına cavab verən bir çox universitetlər sahibkarlıq kafedraları yaradıblar və sahibkarlığı öyrətməyə başlayıblar. Onların əksəriyyəti qarşıya qoyulan tapşırıqların icrasını çətinləşdirən bir sıra problemlərlə üzləşir. Əsas problemlərə sahibkarlıq fənlərini tədris etməyə qadir müəllimlərin azlığı və sahibkarlıq təhsilinin keyfiyyətinin aşağı olması aiddir. Bir çox universitetlər üçün biznes təhsili və sahibkarlıq təhsili sinonimdir. Universitet əməkdaşları mövcud, xarici biznesin idarə edilməsinə yanaşmalar ilə öz bizneslərini yaratmaq, idarə etmək və inkişaf etdirmək üçün səriştələr arasında fərq qoymurlar. Qeyd etmək lazımdır ki, sahibkarlıq təhsilinin keyfiyyətinə sahibkarlığın öyrənilməsinə elmi yanaşma əhəmiyyətli təsir göstərə bilər. Həmkarlarımızın fəaliyyəti, təəssüf ki, hələ də sahibkarlığın psixologiyasını, fəlsəfəsini və mədəniyyətini dərindən dərk etməkdən uzaqdır. Biz sahibkarlıq elmini formalaşdırmalıyıq ki, bunsuz yüksək keyfiyyətli təhsil məzmununun yaradılmasına, sahibkarlığın inkişafına ciddi təsir göstərə bilməyəcəyik.