KLASSİK ƏDƏBİYYAT ƏNƏNƏLƏRİNDƏKİ MULTİKULTURALİZM VƏ TOLERANTLIĞIN MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA ƏKSİ


Creative Commons License

Hüseynova A.

KLASSİK ƏDƏBİYYAT ƏNƏNƏLƏRİNDƏKİ MULTİKULTURALİZM VƏ TOLERANTLIĞIN MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA ƏKSİ, vol.1, pp.82-84, 2021 (Conference Book)

Qısa məlumat


Hər bir xalqın sahib olduğu dəyərlər tarixin bütün qatlarında birləşdirici güc mövqeyində olduğu kimi ədəbiyyatda da zəncir rolunu oynayır. Azərbaycan xalqının dəyərlərindən olan multikulturalizm və tolerantlıq da hər dövrün ədəbiyyatında öz əksini tapmışdır. Çox təbii haldır ki, klassik ədəbiyyatdan qaynaqlanan, bəhrələnən müasir yazıçılar, şairlər öz əsərlərində köklərdən gələn multikulturalizm və tolerantlıq mövzularına toxunmuşlar.