III ÜMUMRESPUBLİKA ELMİ MƏQALƏ MÜSABİQƏSİ 2025, Baku, Azerbaijan, 20 November 2025, pp.222-228, (Full Text)
Sənaye inqilablarından sonra sürətlənən texnoloji inkişaf cəmiyyətin sosial-iqtisadi strukturunda köklü dəyişikliklərə səbəb olaraq onu informasiya cəmiyyətinə transformasiya etmişdir. Bu yeni ictimai mərhələdə bilik və informasiya istehsalın, idarəetmənin və dəyər yaratma proseslərinin əsas strateji resursuna çevrilmişdir. Dördüncü Sənaye İnqilabı kontekstində süni intellekt, əşyaların interneti (IoT) və böyük verilənlərin analitikası kimi texnologiyalar idarəetmə və istehsal sistemlərinin özünüöyrənən, adaptiv və proqnozlaşdırıcı xarakter almasına şərait yaratmışdır. Bu çərçivədə formalaşan “ağıllı kənd” modeli kənd məkanlarında sosial-iqtisadi inkişafın rəqəmsal texnologiyaların tətbiqi ilə təmin edilməsini nəzərdə tutan müasir inkişaf yanaşması kimi qiymətləndirilir. Araşdırma göstərir ki, Qarabağ regionunun bərpası və reinteqrasiyası prosesində ağıllı kəndlərin dayanıqlı inkişafı üçün süni intellekt əsaslı insan resurslarının idarəetməsi kritik əhəmiyyət kəsb edir. AI dəstəklı işə qəbul, kadr yerləşdirmə və məşğulluq sistemləri seçimin obyektivliyini artırır, yerli icmaların peşə bacarıqlarının inkişafına töhfə verir və sosial-iqtisadi sabitliyin güclənməsinə xidmət edir.