İqtisad Universiteti nəşriyyatı, Baku, 2008
Metodik vəsaitdə marketinq tədqiqatlarının mahiyyəti, məqsədi, əsas istiqamətləri, elmi - metiodiki əsasları, aparılması prosesi və təşkili məsələləri izah edilmişdir. Marketinq informasiyalarının tipləri, mənbələri, toplanılması metodları və marketinq informasiya sisteminin yaradılması məsələləri metodik vəsaitdə daha geniş işıqlandırılmışdır. Metodik vəsait ali məktəblərin marketinq ixtisası üzrə təhsil alan bakalavrları üçün nəzərdə tutulmuşdur. Vəsaitdən marketinq tədqiqatlarının aparılması prosesi və onun informasiya təminatı haqqında ümumi təsəvvürə malik olmaq istəyənlər də istifadə edə bilərlər.