Təsərrüfat subyektlərinin göstəriciləri arasında asılılıqların ekonometrik modelləşdirilməsi


Creative Commons License

Hacıyeva A.

AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalının 2018-6 sayı, Bakı, s.122-133, vol.30, no.1, pp.122-134, 2018 (Peer-Reviewed Journal)

Qısa məlumat

Tədqiqatın əsas məqsədi auditdə iqtisadi təhlil prosedurları sisteminin formalaşması və

inkişafı ilə əlaqədar baş verən proseslərin araşdırılması və təkmilləşdirilməsi istiqamətində

təklif və tövsiyələr verməkdən ibarətdir. Bu məqsədlə məqalədə “Azərsu” ASC-nin timsalında

ümumi mənfəətin təşkilatın pul vəsaitləri, cari aktivləri, cari öhdəlikləri, xüsusi kapitalı və

borc kapitalı arasında asılılığı qiymətləndirmək üçün xətti çox dəyişənli reqressiya və qeyri –

xətti çox dəyişənli reqressiya tipli ekonometrik modellərdən istifadə etməklə ümumi mənfəətin

həmin amillərdən asılılığının reqressiya təhlili verilmişdir. Aparılmış tədqiqat nəticəsində

müəyyən edilmişdir ki, “Azərsu” ASC-də pul vəsaitlərinin, cari aktivlərin və xüsusi kapitalla

ümumi mənfəət arasında mənfi xətti asılılıq, cari öhdəliklərlə ümumi mənfəət arasında isə

müsbət xətti asılılıq mövcuddur. Tədqiqatın məhdudiyyətləri: daha geniş praktik informasiya

tələb edir. Tədqiqatın praktik əhəmiyyəti: uçot və hesabat sahəsində tədqiqatlar aparan

mütəxəssislərin elmi və əməli biliklərinin zənginləşdirilməsində müsbət rol oynaya bilər.

Tədqiqatın elmi yeniliyi və orijinallığı: audit olunan təsərrüfat subyektinin maliyyə

hesabatlarının auditor yoxlamasında və onun keyfiyyətinin yüksəldilməsində ekonometrik

modelləşdirmənin, yəni asılılıqların repressiya tənliklərinin qurulması zəruriliyi

əsaslandırılmışdır.