Dayanıqlı ətraf mühit: Yaşıl Enerjiyə Keçid, Baku, Azerbaijan, 06 December 2024, pp.54-60, (Full Text)
Azərbaycanda bərpa olunan enerji sektoru son illər dinamik inkişaf mərhələsinə qədəm qoyub və bu, yaxın gələcəkdəki enerji keçidi üçün zəruri şərtləri təqdim etmək potensialını artırır. Bərpa olunan enerji sektoru elmi ədəbiyyatda və beynəlxalq statistik bazalarda bir neçə bir-biri ilə əlaqədar göstəricilər vasitəsilə ölçülsə də, əsas komponent təhlili (ƏKT) metodu vahid indeks vasitəsi ilə verilənlər bazasının ölçülülüyünü azalda, daha yığcam və məqsədəuyğun yeni göstəricinin hesablanmasına şərait yarada bilər. Odur ki, cari elmi məqalə ƏKT metodunu seçilmiş yeddi bərpa olunan enerji sektoru göstəricisinə (məsələn, ilkin enerji istehsalında bərpa olunan enerjinin payı, adambaşına bərpa olunan enerji istehlakı, enerji istehsalının karbon intensivliyi və s.) tətbiqini özündə ehtiva edir. Təhlil aralığı 1990 və 2023-cü illəri əhatə edir. Nəticələr göstərir ki, yeddi göstəricini vahid indekslə ifadə edib əsas məlumatın orta hesabla 80%-ni qorumaq mümkündür ki, bu da bərpa olunan enerji sektorunun daha yığcam və sürətli başa düşülməsi üçün şərait yaradır. Əlavə olaraq, müvafiq trendlərin və tsikllərin daha yaxşı başa düşülməsi üçün Hodrik–Preskott filtri istifadə edilib. Nəticələr müvafiq dövlət qurumları, özəl müəssisələr və tədqiqatçılar üçün maraqlı ola bilər.