STANDARTLAŞDIRMANIN ƏSASLARI


Creative Commons License

Aslanov Z.

Lecture Note, pp.1-18, 2019

  • Nəşrin Növü: Other Publication / Lecture Note
  • Nəşr tarixi: 2019
  • Səhifə sayı: pp.1-18
  • Adres: Bəli

Qısa məlumat

“Standartlaşdırmanın əsasları” fənni 050647 “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə bakalavr təhsil pilləsində təhsil alan tələbələr tərəfindən öyrənilir. Tədris planına görə fənnin ümumi həcmi 90 saatdır, o cümlədən mühazirə dərsləri 45 saat, məşğələ dərsləri 45 saat təşkil edir. Proqramın məzmunu 90 saatlıq fənnin həcminə uyğundur. Proqramda verilən mövzuların ardıcıllığı məcburi deyildir. Kafedrada işçi proqram tərtib edilən zaman o, qismən dəyişdirilə bilər, həmçinin proqrama daxil olan mövzular dərinləşdirilə və ya ixtisar edilə bilər. Müasir şəraitin tələbləri fənnin öyrənilməsini aktuallaşdırır, çünki təsərrüfat subyektlərinin müvəffəqiyyətli fəaliyyəti bazar iqtisadiyyatında buraxılan məhsulun rəqabət qabliyyətli olmasına əsaslanır. Rəqabətə davamlılığın əsasını keyfiyyət təşkil edir ki, onun da stabilliyi standarta nəzarət, normativ-sənədlər, keyfiyyət sistemlərinin tətbiqi ilə əldə olunur. Fənnin öyrənilməsində məqsəd: tələbələrdə standartlaşdırmanın mahiyyəti, təşkili və texnologiyası haqqında bilik və bacarıqlarını formalaşdırmaq, onlara standartlaşdırmanın məqsədi, prinsipləri və funksiyaları öyrətmək, standartlaşdırma sahəsində dövlət siyasəti və onların tətbiqi sahəsinin təkmilləşdirilməsi üçün praktiki tövsiyyələr vermək, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma üzrə gələcək mütəxəssislərdə standartlaşdırma sahəsində təşkilati, elmi, texniki və hüquqi məsələləri həll etmək vərdişləri formalaşdırmaqdır.