Filologiya məsələləri, no.13, pp.10-15, 2023 (Peer-Reviewed Journal)
Determinantlar obyektiv aləmdə olan əşya, predmet, hərəkər, hadisələr arasında olan məna bağlılığının forma cəhətdən reallaşmasına şərait yaradır. Determinantlar dil faktlarının fövqündə duraraq cümləni vahid kimi formalaşdıra bilir və cümlə üzvləri arasında məna əlaqələrinin formalaşmasına səbəb olur. Bu da öz növbəsində obyektiv reallığın predmet və hadisələri arasındakı əlaqə və münasibətlərin dillə ifadəsinə xidmət edir. Determinant- cümlənin əvvəlində gəlib, onun bütün üzvlərinə aid olan sərbəst söz-forması, söz birləşməsidir. Determinant – cümlənin bütün tərkibinə aid olub, onu bütövlükdə genişləndirən və onun ayrı-ayrı üzvlərindən heç biri ilə əlaqəsi olmayan cümlə üzvüdür. Determinant cümlə ilə zahirən bənzər yanaşma, lakin özünəməxsus şərtsiz, sərtbəst, müstəqil şəkildə əlaqələnir. Məqalənin yazılmasında müxtəlif elmi mənbələrdən istifadə edilmişdir.