Filologiya məsələləri, no.8, pp.45-51, 2021 (Peer-Reviewed Journal)
Akademik kommunikasiya və işgüzar ünsiyyət prosesində Azərbaycan terminologiyasına əcnəbi sözlər daxil olması tarixindən faktları araşdırarkən sübut olunur ki,puristlərin çalışdıqları o idi ki,ana dilini Rus və qərb mənşəli dillərin sözlərindən təmizləsinlər,ancaq təəssüf ki,onların bu “zəhmətləri” çox da böyük uğur qazanmadı. Bütün bu cəhdlərə baxmayaraq azərbaycan dilinin terminologiyasında fransız dilinə məxsus bir çox terminlər qalmışdır. Məsələn: medal, medalyon ,jurnal, jilet, purizm ,arfilleriya ,modern ,antresol, orkestra ,ansamble və s. Aydındır ki,Azəraycan dili mənşəli sözlərin başqa dillərə tərcüməsi və yaxud onların ərəb və fars sözləri ilə əvəzlənməsi məfhum və anlayışın mənasını təhrif edə bilər,daha da dolaşıqlığa gətirib çixarar. Bu prosesin ayrı-ayrı şəxslər tərəfindən tədqiqat işinin aparılması alınma sözlərə həmin münasibətdə fikir müxtəlifliyinə,təzadlı rəylərə gətirib çıxarmışdır. PURİZM: latın dili mənşəli fransız sözü,təmiz, təmizliyə can atma,mədəni irsin qorunması,bəzən də bu “söz “gözdən pərdə asmaq”kimi olur,ana dilinin xarici dil elementlərindən,vulqarizmlərdən,neologizimlərdən və s. təmizlənməsi kimi başa düşülür. XX əsrin əvvəlləri Azərbaycanda inqilabi-azadlıq hərakatı,iqtisadi sənaye inkişafı və azərbaycan ictimai fikrinin yüksəlişi dövrü olmaqla bərabər Bakıda siyasi,represiv qüvvələrin daha da azğınlaşmış dövrü kimidə yadda qalmışdır. Belə bir şeraitdə”Molla Nəsrəddin” və başqa demokratik qəzet və jurnalların səhifələrində Azərbaycan yazıçı,alim və filosoflar haqqında yazılar dərc olunmuşdu.Həmin illərdə,Azərbaycan dili öz daxili imkanlarına hesabna, yeni söz və terminlərin yaranması ilə bərabər,onun lüğət tərkibinə Qərb mənşəli bir çox alınma sözlər daxil olmağa başlamışdır. Məsələn: aktyor, artist, afişa, paket, maket,moda,roman,masaj,taksi,vitrin,üvertüra,tarif,şassi,şarlatan,suflyor,sujet,triko,t urist,tribuna,talon,metro və s.XIX əsrin sonunda və XX əsrin əvvəllərində Azərbaycanda siyasi və fəlsəfi dünya göruşünə malik müəyyən ziyalı təbəqələri arasında mübarizə gedirdi.Azərbaycan demokratları və yazıçıları öz tərəqqipərvər baxışları ilə öz yazılarında rus və Qərbi avropa mənşəli,o cümlədən rus dilinə məxsus alınma sözlərin işlənməsinə üstünlük verirdilər.Halbuki,reaksion dairələrin və müsəlman nümayəndələri bunun əksinə çıxırdılar və öz şifahi danışıq və çıxışlarında daha çox ərəb və fars sözləri işlədirdilər.Azərbaycan ziyalılarının,demakratların,yazıçı və şairlərin məqalə və yazılarında getdikcə daha çox ingilis,fransız,rus,alman dillərinə məxsus sözlər işləndikcə azərbaycan terminologiyası daha da zənginləşməyə və inkişaf etməyə başlamışdır. Müsəlman ilahiyatçıları yerli burjuaziya və başqa konservativ dairələr,başqa reaksion nümayəndələrlə birlikdə mütərəqqi baxışların əleyhinə çıxırdılar,onlar Qərb mənşəli söz və terminlərin işlədilməsini istəmirdilər. Açar sözlər:akademik kommunikasiya,işgüzar ünsiyyət, purizm, Azərbaycan dili, neologizm