BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATININ (BƏT) ƏMƏK STATİSTİKASINA DAİR TƏLƏBLƏRİ VƏ AZƏRBAYCANDA ƏMƏK STATİSTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ


Əliyev Ə.

AUDİT 2022, vol.9, no.1, pp.3-11, 2022 (Conference Book)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 9 Say: 1
  • Nəşr tarixi: 2022
  • jurnalın adı: AUDİT 2022
  • Səhifə sayı: pp.3-11
  • Açıq Arxiv Kolleksiyası: Məqalə
  • Adres: Bəli

Qısa məlumat

Tədqiqatın məqsədi - müasir mərhələdə əmək statistikasına dair beynəlxalq tələbləri nəzərə almaqla Azərbaycanda əmək statistikasının təkmilləşdirilməsi üzrə nəzəri və praktiki əhəmiyyəti olan tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Tədqiqatın metodologiyası - tədqiqat prosesində elmi dərketmənin müxtəlif metod və vasitələrindən, o cümlədən abstrakt-məntiqi üsuldan, təsnifatlaşdırma, təhlil, sintez və s. metodlarından istifadə edilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti - tədqiqatın nəticələrinin və təklif edilən tövsiyələrin ölkədə əmək bazarının vəziyyəti və inkişafı üzərində statistik müşahidə prosedurunun təkmilləşdirilməsi, həmçinin beynəlxalq standartlara uzlaşdırılması prioritetlərinin əsaslandırılmasında mühüm əhəmiyyəti ola bilər. Tədqiqatın nəticələri - beynəlxalq standartlara uyğun əmək bazarının statistik ölçülməsi imkanları qiymətləndirilmişdir. Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiqat prosesində beynəlxalq standartlara uyğun olaraq əmək statistikasının təkmilləşdirilməsi istiqamətləri, xüsusilə əmək məsələləri, yeni və gizli əməyin formalarının ölçülməsinə imkan verən iş yerlərinin yeni təsnifatının hazırlanması, dayanıqlı inkişafın məqsədlərinin monitorinqinin informasiya bazasının genişləndirilməsi, “informasiya inqilabı” çağırışı kontekdsində əmək sferasında məlumatların toplanmasının yeni metod və mənbələrinin (“iri həcmli” - big data), axtarılıb tapılması və onların şəffaflığının təmin edilməsi və s. əsaslandırılmışdır. Acar sözlər: əmək bazarı, Beynəlxalq Əmək Təşkilatı, beynəlxalq standart, əmək statistikası, işçi qüvvəsi, iş vaxtı, statistik məlumat, statistik göstərici.