Hüseynov M., Mustafayeva K., Kərimova M., Məmmədov O., Quliyeva S., Əhmədova S., ...daha çox
Other, pp.1-19, 2023
-
Nəşrin Növü:
Other Publication / Other
-
Nəşr tarixi:
2023
-
Səhifə sayı:
pp.1-19
-
Adres:
Bəli
Qısa məlumat
“Hidrologiya”
fənni ümumi, əsas fənlər siyahısına daxil olmaqla, bakalavr pilləsində təhsil
alan tələbələrə təbii
sularda baş verə biləcək kəmiyyət və keyfiyyət dəyişkənliklərini müəyyənləşdirməyi,
hidrosferdə baş verən əsas hidroloji proseslərin mahiyyətini fundamental
qanunların köməyi ilə təhlil etməyi, su obyektlərinin öyrənilməsində istifadə
olunan əsas metodlar haqqında təsəvvürlər yaratmağı, su obyektləri və hidroloji
proseslərin coğrafi-hidroloji öyrənilməsinin iqtisadiyyat və ekologiya mühəndisliyi
ilə əlaqədar problemlərin həllində praktiki vacibliyini müəyyən etməyi öyrədir.
Fəndə hidrologiyanın
predmeti, hidroloji
dövranın yağıntı, sızma, axın və s. kimi təməl ünsürləri və bu ünsürlərin
ekologiya mühəndisliyi baxımından əhəmiyyəti öyrənilir.
Bu fənnin öyrənilməsi aşağı kurslarda əvvəlki təhsil
gedişində tələbələrin əldə etdiyi riyaziyyat, ümumi
kimya, mühəndis qrafikası və fizikanın
əsaslarına dair biliklərə istinad
edir, ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühitin kimyası və
toksikologiyanın əsasları, ekoloji monitorinq, ətraf mühitin idarə olunması
(ekoloji menecment), su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, iqlim dəyişmələri
və qlobal istiləşmə, torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları və s. bu kimi tətbiqi mühəndislik fənlərinin dərindən
öyrənilməsi üçün
zəruri əsasdır.