"İqtisad Universiteti " Nəşriyyatı, Baku, 2013
Beynəlxalq biznes müasir dövürdə çox dinamikdir, investor,
istehsalcı və istehlakçı, kimi müxtəlif rol oynayan milyonlarla
vətəndaşın arzu və qərarlarına müvafiq olaraq, durmadan inkişaf edən
azad iqtisadi bazar sistemidir. Dünya iqtisadiyyatı, ümumiyyətlə, çox
qarışıq bir iqtisadiyyat kimi təsvir edilir. Bu isə o deməkdir ki, istehsal
mənbələrinin böyük əksəriyyəti, hətta xüsusi əllərdə olsa belə,
beynəlxalq bazarla sıx əlaqədədir. Bu isə hansı standartla ölçülürsə
ölçülsün, bu müddət ərzində xüsusən inkişaf etmiş ölkələr beynəlxalq
biznesdə böyük uğurlar əldə etmişlər. Dünyanın bəzi xalqları ötən
onilliklərdə daha yüksək inkişaf səviyyəsinə çataraq, istehsal və
xalqların həyat səviyyəsi baxımından beynəlxalq biznesdə daha cox
uğurlar qazanmışlar.
Beynəlxalq biznes ötən illər ərzində müxtəlif dəyişikliklərə məruz
qalsa da, bəzi sahələr olduğu kimi qalmaqda davam edir. Bunlardan biri
bazar iqtisadiyyatında hökumətin xüsusi rol oynamasının vacibliyi
haqqında davam edən mübahisələrdir. Beynəlxalq biznesə əsaslanan
iqtisadiyyat, ümumiyyətlə, xüsusi mülkiyyət və təşəbbüskarlıqla
səciyyələnir ki, bunu da hökumət dəstəkləməlidir. Respublikamız
müstəqillik əldə etdikdən sonra azad bazar iqtisadiyyatı inkişaf etmiş və
bunun əsasında beynəlxalq biznes fəaliyyəti inkişaf etməyə başlamışdır.
Nəzərə alsaq ki, bu sahədə təcrübə azdır və iqtisadiyyatın beynəlxalq
bizneslə bağlı elmi tədqiqatların aparılması və xarici ölkələrin
təcrübəsinin öyrənilməsinin nə qədər xüsusi aktuallıq kəsb etdiyyini
anlamaq olar
Son illərdə beynəlxalq biznesin aktual olmasına baxmayaraq,
hələlik beynəlxalq bizneslə əlaqəsi olan elmi anlayışlar haqqında
konkret bir fikir yoxdur. Beynəlxalq bizneslə əlaqəli ədəbiyyatlarda
“Beynəlxalq iqtisadi münasibətlər” kimi əsas başlıqlar və ya “beynəlxalq
iqtisadi siyasət” kimi anlayışlar bəzən birmənalı, bəzən də fərqli
anlamlarda istifadə olunmaqdadır. Həm də beynəlxalq iqtisadi görüntü,
beynəlxalq iqtisadi dəyərlər və beynəlxalq biznes kimi anlayışlar həm
bir-birinin yerinə istifadə olunmaqla yanaşı, həm də bir-birilərindən
fərqli mənalarda da işlədilməkdədir. Həqiqətdə isə bu anlayışlar arasında
qəti fərqləndirmə aparmaq olduqca çətindir. Ancaq bunlar arasında məna
yaxınlığı olsa da, bütünlükdə eyni mənalı söz olduqlarını iddia etmək
olmaz. Aralarında bir neçə fərqlilik olduğu qeyd edilməlidir. İnkişaf etmiş ölkələrdə beynəlxalq biznesin başlıca strategiyası
rəqabət qabiliyyətli məhsul istehsal etməklə və ya xidmət göstərməklə
rəqabətdə uğur qazanmağı əhatə edir. Əgər əvvəllər beynəlxalq biznesdə
inkişaf etmiş ölkələrin rəqabətdə kiçik, geridə qalan ölkələrə nəzərən
daha çox mənfəət şansı olduğu düşünülürdüsə, indi daha cəld
iqtisadiyyata malik ölkələrin rəqabətdə üstünlüyə malik olduğu faktı
daha aydın görünməkdədir. Bir ölkənin beynəlxalq biznes strategiyası
olmadığı təqdirdə, bu ölkə rəqabət şəraitindəki gözlənilməz mənfi
hallara hazır olmayacaq və bu hallar qarşısında geri çəkilməyə məcbur
olacaqdır. Lakin yaxşı beynəlxalq biznes strategiyasının hazırlanması
uğurlu nailiyyətə zəmanət vermir. Yaxşı beynəlxalq biznes
strategiyasının hazırlanması ilə yanaşı həmin strategiyanın dəqiqliklə
tətbiq edilməsi lazımdır.
Görünür ki, beynəlxalq biznesin nə qədər səmərəli olması
ümumilikdə dünyanın siyasi xəritəsindən cox asılıdır. Artıq iki tipə
bölünmüş: a) inkişaf etmiş; b) inkişaf etməkdə olan ölkələr, bu ölkələrlə
hansı prinsiplərlə biznesin qurulması, investisiyaların necə səmərəli
yerləşdirilməsi və bu gün beynəlxalq biznesin aktual problemlərinin
nədən ibarət olmasıdır.
Bu baxımdan dərslik əsasən hal hazırda beynəlxalq biznesdə
gedən proseslərin müəyyən hissəsinin elmi-nəzəri izahına həsr
edilmişdir.