Şamaxı torpaq iqlim şəraitində becərilən üzüm sortlarından hazırlanan orqanik şərabların keyfiyyətinin qiymətləndirilməsi


Creative Commons License

Hüseynov M.

Elmi xəbərlər məcmuəsi, vol.41, no.4, pp.143-149, 2022 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 41 Say: 4
  • Nəşr tarixi: 2022
  • jurnalın adı: Elmi xəbərlər məcmuəsi
  • Jurnalın baxıldığı indekslər: Other Indexes
  • Səhifə sayı: pp.143-149
  • Adres: Bəli

Qısa məlumat

The article reflects the results of studying the agrobiological and technological features of the promising grape varieties Madrasa, Khindogny, Bayanshira and Rkatsiteli grown in Shamakhy region, determining the appropriate regimes for making high-quality organic table wines, as well as examining their quality indicators. The Madrasa, Khindogny, Bayanshira and Rkatsiteli grape varieties are widely cultivated in Mountain Shirvan economic region. Obtaining white and red table wines of high quality largely depends on the mechanical composition of the grapes, including the yield of clear, pulp-free juice. In this regard, the mechanical characteristics of the above-mentioned technical grape varieties grown in the conditions of the Shamakhy region were studied. Table white wines made of the Bayanshira and Rkatsiteli grape varieties, and red ones from Madrasa and Khindogny varieties were studied. The results of physicochemical and organoleptic analyzes showed that the wines produced correspond to all accepted standards. Studies have established that the soil and climatic conditions of the Shamakhy region make it possible to obtain high-quality table wines with a rich bouquet, harmonious taste, and rich color from the grapes grown here.

Məqalədə Şamaxı şəraitində yetişdirilən perspektivli Mədrəsə, Xindoqnı, Bayanşirə və Rkasiteli üzüm sortlarının aqrobioloji və texnoloji xüsusiyyətlərinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli orqanik süfrə şərabların istehsalı üçün müvafiq texnoloji rejimlərin müəyyənləşdirilməsi və, eyni zamanda, hazırlanan şərabların keyfiyyət göstəricilərinin ekspertizası öz əksini tapmışdır. Mədrəsə, Xindoqnı, Bayanşirə və Rkasiteli üzüm sortları Dağliq Şirvan iqtisadi rayonunda geniş yayılmışdır. Keyfiyyətli ağ və qırmızı süfrə şərabı istehsalı, üzümün mexaniki tərkib göstəricilərindən, o cümlədən şirə çıxımından, xeyli dərəcədə asılıdır. Bu məqsədlə, Şamaxıda becərilən Mədrəsə, Xindoqnı, Bayanşirə, və Rkasiteli texniki üzüm sortlarının mexaniki tərkib göstəriciləri öyrənilmişdir. Mexaniki tərkib göstəricilərinin öyrənilməsində əsas məqsəd, üzüm sortlarının spesifik xüsusiyyətlərini, o cümlədən, şərab istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən lətsiz, şəffaf şirə çıxımının tədqiqi vacibdir. Tədqiqat obyekti olaraq Bayanşirə və Rkasiteli üzüm sortlarından hazırlanan ağ, Mədrəsə və Xindoqni üzüm sortlarından hazırlanan qırmızı süfrə şərabları götürülmüşdür. Fiziki-kimyəvi və sensor analizin nəticələri, hazırlanan içkilərin standartın bütün normalarına cavab verdiyini göstərmişdir. Tədqiqat işi nəticəsində müəyyən olunmuşdur ki, Şamaxı torpaq-iqlim şəraitində yetişdirilən Mədrəsə, Xindoqnı, Bayanşirə və Rkasiteli sortlarından zəngin buketə, zərif tama, dolğun rəngə, harmonik xüsusiyyətlərə malik olan yüksək keyfiyyətli süfrə şərabları istehsal etmək mümkündür.