Inteqration of CIS countries’ national standardization system into ISO standards , vol.10, pp.220-230, 2019 (Peer-Reviewed Journal)
Milli sandartlaşdırma
sistemlərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasının zərurətin izah etməzdən
öncə ilk növbədə bu cür uyğunlaşma dedikdə nələrin nəzərdə tutulduğun
aydınlaşdıraq. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılması səviyyəsi mövcud sistemin beynəlxalq tələblərdən nə qədər fərqli
olmasından asılıdır. İlkin bazası əvvəlcədən beynəlxalq tələblər əsasında
qurulan sistemlərin həmin tələblərə uyğunluğu da daha çox olur. Ancaq keçmiş
Sovet dövlətləri kimi inzibati-amrilik sisteminə əsaslanan ölkələrin milli
standartlaşdırma sistemlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması daha çətin
və mürəkkəb proses olur. Bu cür sistemlərin uyğunlaşmasının mürəkkəb olmasına səbəb
həmin sistemlərdə prinsipial və köklü dəyişikliklərin aparılması zərurətidir
ki, bura əsasən aşağıdakılar daxildir:
· sistemin özünün bazar iqtisadiyyatı prinsiplərinə
uyğunlaşdırılması. Belə ki, standartlaşdırmanın bazar iqtisadiyyatına uyğun
olaraq məhsulların təhlükəsizliyinə məcburi tələblərin təmin və tətbiq edən
texniki tənzimləmə və məhsulların keyfiyyətinə könüllü tələblər müəyyənləşdirən
standartlaşdırma kimi iki hissəyə bölünməsi lazımdır. Bu isə uyğun olaraq
iqtisadiyyata dövlət nəzarətinin də məhsulların təhlükəsizliyi ilə məhdudlaşdırılması
və keyfiyyətin tənzimlənməsinin bazarın tələb-təklif qanuna buraxılmasını zəruri
edir;
· sistemin əsasını təşkil edən standartlarda məhsullara
dair tələblərin beynəlxalq standartların tələbləri ilə uyğunlaşdırılması. Bu isə
minlərlə mövcud standartları yenidən işlənərək beynəlxalq standartlara
uyğunlaşdırılması deməkdir. Standartlaşdırma sisteminin ən çətin uyğunlaşma
elementi də məhz budur. Çünki, keçmiş Sovet dövlətlərində standartlar beynəlxalq
tələblər əsasında hazırlanmadığından demək olarki mövcud olan on millərlə
standartlar yenidən işlənməlidir;