Zənginlik mənəviyyatdır


Creative Commons License

Həsənov N.

Azərbaycan Yazıcılar Birliyi, Baku, 2020

  • Nəşrin Növü: Book / Other Book
  • Nəşr tarixi: 2020
  • Nəşriyyat: Azərbaycan Yazıcılar Birliyi
  • Çap olunduğu şəhər: Baku
  • Adres: Bəli

Qısa məlumat

Mənim üçün çox dəyərli olan hörmətli və əziz oxucularım, hamınızı salamlayıram! Sizə uzun və mənalı ömür arzulayıram, çünki mənasız, məqsədsiz yaşanan ömür zülmət gecəyə bənzər, oradan sən günəşi görə bilməzsən, qibləni və hərəkət istiqamətini düzgün müəyyən edə bilməzsən, bəşəriyyətin və təbiətin rəngarəngliyini, ruhun, əqidənin, duyğuların, mənəviyyatın necə ali hisslər olduğunu anlamadan bu dünyadan köçərsən. Uca Tanrı müqəddəs kitabımız “Quran” vasitəsi ilə bizə yaşamaq kriteriysını müəyyən etmişdir. Bu baxımdan hesab edirəm ki, hər yeni elmli, məntiqli və tərbiyəvi əhəmiyyətə malik olan kitab “Quranın” bir zərrəsidir və belə kitablara kamil insanlar müvafiq dəyər verirlər. Şeiri yazmaq, oxumaq və duymaq hissi hər insana verilməyib və bu baxımdan, mənim bu kitabımı oxuyan, məni başa düşən butun insanlara şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyada gedən prosseslərdən baş çıxararaq yaşayan və bununla bərabər öz ruhunu, ləyaqətini və əqidəsini sağlam saxlaya bilən insanlar mənim nəzərimdə çox dəyərli və şəxsiyyətli insanlardırlar. Əlbəttə, içtimai-iqtisadi formasiyanın insanın formalaşmasında rolu danılmazdır, lakin istənilən halda öz şəxsiyyətini, əqidəsini və ləyaqətini itirməyənlərə kamil bir şəxsiyyət kimi baxmaq lazımdır. Şeir insanın dünyanı anlaması üçün və düzgün həyat tərzi seçməsi baxımından vacib bir tədris vasitəsidir. Yaddan çıxarmaq olmaz ki, heç bir insan yaşadığı ömrü yenidən yaşaya bilməz. Ona görə verdiyi qərarlarda səhv etməmək və mənalı yaşaması üçün çoxlu elmi, ədəbi əsərlər oxumalıdır ki, ömrü nadanlıq və cahillik içində keçməsin. Bu mənim 4-cü şeir kitabımdır və mən bu kitabımda ruhuma təsir edən məqamları, mövcud problemləri görərək, məntiqi duyğularımdan keçirərək şeir formasında Sizə təqdim edirəm. Unutmayaq ki, kitablar bizi daha müdrik edir. Hamınıza müdruklik, can sağlığı və uğurlar arzulayıram !