HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN NEFT STRATEGİYASI


Creative Commons License

Süleymanov N.

MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ, SİYASİ VƏ MƏDƏNİ İNKİŞAFI , vol.2, pp.107-108, 2016 (Conference Book)

Qısa məlumat

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi dövründə siyasi fəaliyyətinin ən parlaq təzahür sahələrindən biri Azərbaycan iqtisadiyyatının, xüsusən, onun özəyini təşkil edən neft sənayesinin inkişafı sahəsində  həyata keçirdiyi tədbirlərdir.  1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edərək müstəqil inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə Azərbaycan iqtisadiyyatı böyük problem və çətinliklərlə qarşılaşdı. Siyasi hakimiyyətdə anarxiya və xaosun hökm sürdüyü müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsinin yaranması, onun 1993-cü ilin yazında dərin siyasi böhran həddinə çatması respublikanın sosial-siyasi həyatını, o cümlədən ölkə iqtisadiyyatını iflic vəziyyətinə salmışdı. Bu vaxt Heydər Əliyevin ümumrespublika rəhbərliyinə qayıtması yeganə xilas yoluna, obyektiv zərurətə çevrilmişdi. 1993-cü ilin 15 iyunu milli dövlətçiliyimizin tarixində yalnız mühüm siyasi hadisə kimi məhdudlaşmayıb, ölkə iqtisadiyyatının işlənib həyata keçirilməsi sahəsində də tarixi dönüşün başlanğıcı olmuşdur.