XIX əsrin 30-40-cı illərində çarizmin Şimali Azərbaycanda müstəmləkə siyasətindəki bəzi dəyişikliklər.


Qurbanov R.

vol.6, no.1, pp.54-59, 2005 (Peer-Reviewed Journal)

  • Nəşrin Növü: Article / Article
  • Cild: 6 Say: 1
  • Nəşr tarixi: 2005
  • Jurnalın baxıldığı indekslər: Index to Legal Periodicals
  • Səhifə sayı: pp.54-59
  • Adres: Bəli

Qısa məlumat

XIX əsrin 30-cu illərində Rusiyanın Şimali Azərbaycanda yeritdiyi müstəmləkə  siyasəti xalqın ruslara qarşı azadlıq hərəkatına səbəb olmuşdu. Rusların fikrincə Cənubi Qafqazın idarəçiliyində ən başlıca prinsiplər mərkəzləşdirmə və ruslaşdırma olmalı idi. Rusiya imperiyası Dövlət Şurasının qərarlarından birində məsləhət görülürdü ki, Cənubi Qafqaz və Rusiya mülki və siyasi tellərlə bir bədəndə birləşdirilsin, oradakı sakinlər rus kimi danışmağa, rus kimi düşünməyə və rus kimi hiss etməyə məcbur olunsunlar. Lakin çarizmin bu layihələri elə kağız üzərindəcə qaldı. XIX əsrin 30-40-cı illərində baş vermiş, müstəmləkəçilik əleyhinə çevrilmiş, azadlıq xarakteri daşıyan kəndli üsyanları da hökuməti yerli imtiyazlı müsəlman silki ilə saziş yoluna sövq edirdi.