INTERNATIONAL TOPKAPI CONGRESS VI THE BOOK OF ABSTRACTS, vol.4, pp.598-601, 2026 (Peer-Reviewed Journal)
Müasir Azərbaycan cəmiyyəti dünyəvi, hüquqi sistemə əsaslanır. Lakin cəmiyyətdə qadınların özünüqiymətləndirməsi və psixoloji özünüdərkin formalaşması yalnız hüquqi çərçivələrlə məhdudlaşmır. Ailə strukturları, gender rolları, sosial-mədəni mühit, dinimədəni dəyərlər qadınların özünə münasibətinə və psixoloji rifahına əhəmiyyətli təsir göstərən əsas amillər sırasında yer alır. Bu amillər bəzi hallarda qadının sosial adaptasiyasını dəstəkləyərək, digər hallarda hüquqi imkanlarla real sosial gözləntilər arasında zidiyyətlər yaradır və bu da psixoloji gərginliyə səbəb olur.